VakansİYA axtar
Vakansiya

Vakansiya axtarış paneli


Nümunə: marketinq, satış, menecer və s.
Fandreyzinq mütəxəssisi
Bu məlumatlar yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdır.


əmək haqqı
göstərilmir
son tarix
21-01-2019
region
Bərdə
Bu məlumatlar yalnız qeydiyyatlı istifadəçilər üçün açıqdır.


əsas məlumatlar

Ümumi məlumat Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsil və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” layihəsi çərçivəsində “Bərdə Peçə Liseyinin Modernləşdirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir. İşin təsviri Fandreyzinq mütəxəssisi layihə menecerinin rəhbərliyi altında peşə məktəbinin rəhbər və müəllim heyəti üçün maliyyə idarəetməsi ilə bağlı seminarlar keçirmək, Bərdə Peşə Liseyində fandrezyinq komandası yaratmaq, liseyin büdcəsinin artırılmasına tövhə vermək məqsədilə fandreyzinq tədbirləri keçirmək, sponsor və donorlarla əlaqə yaratmaq və onları prosesə cəlb etməkdən ibarət olacaqdır. Xidməti müqavilə, 130 qeyri-ardıcıl iş günü



Vəzifələri

> Bərdə Peşə Liseyində fandreyzinq komandası yaratmaq;

> Maliyyə idarəetməsi ilə bağlı Bərdə Peşə Liseyində 2 seminar keçirmək;

> Fandreyzinq planın hazırlanmasında komandaya dəstək göstərmək;

> Fandreyzinqlə bağlı icra olunan fəaliyyətlərin nəticələrini qiymətləndirmək;

> Büdcəyə gəlir axınının artırılmasına yönəlik yeni strategiyaların hazırlanmasına dəstək göstərmək;

> Media əlaqələri siyahısını hazırlamaq və inkişaf etdirmək;

> Donor databazası yaratmaq, müntəzəm olaraq yeniləmək və əlaqələr yaratmaq;

> Müxtəlif fandreyzinq tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

> Hədəf donor qruplarla əlaqənin yaradılması və davamlılığının təmin edilməsi üçün hesabat və təqdimatlar hazırlamaq;



Tələblər

> Ali təhsil

> Maliyyə, fandreyzinq, marketinq, satış, təşkilatçılıq və ya digər əlaqəli sahələr üzrə ən az 2 il iş təcrübəsi

> Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;

> Güçlü liderlik, komanda ilə işləmə, inandırma, şəbəkələşmə, təşkilatçılıq, ünsiyyət və təqdimat bacarıqlarının olması;

> Müəyyən olunmuş vaxt çətçivəsində bir neçə fəaliyyəti icra etmək qabiliyyətinin olması;

> İngilis dili ( arzu olunandır)


Vakansiyaya yalnız məzun və qeydiyyatı olan könüllülər müraciət edə bilər.