Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və sair) yerinə yetirmək;
İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
Yaş həddi:25-40;
Dil bilikləri: Azərbaycan və Rus dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünə inamlı;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.