Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis(İSO)

Vəzifə öhdəlikləri: İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq; Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək, Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi; Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək; İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək; Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması; İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək; Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili; Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi; Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq; Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq; Uyğunsuzluğun təhlilində iştirak etmək;
Tələblər: Yaş həddi: 25-45 Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil; Analoji sahədə ən azı 3 il iş təcrübəsi; Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması); İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması); KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak; Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli; Microsoft Office proqramlarını əla səviyyədə bilməli.

Vakansiyanın son müraciət tarixi keçmişdir!