Vəzifə öhdəlikləri:
• Enerji qurğularının və avadanlıqlarının enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
• Elektrik avadanlıqlarının təmirinin vaxtında yerinə yetirilməsi üçün cari və əsaslı təmir qrafikini tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
İş şəraiti:
• İş qrafiki: 9:00-18:00
• Əmək haqqı: 500-600 AZN
• İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlərdən mövzu hissəsində “Elektrik” qeyd etməklə CV formasını cv@azerimed.com ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Namizədə tələblər:
• Elektrik sahəsində iş təcrübəsi;
• Elektrik sahəsi üzrə təhsili haqqında sənəd və ya sertifikatı;
• Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu, müasir elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmalı;
• Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmək bacarığı;
• Ezamiyyətə getmək imkanı olmalı;
• Sürücülük vəsiqəsi və şəxsi maşını olanlara üstünlük verilir.