"Motivasiya" təlimi

  • 06 iyul 2019
  • 11:00
  • Bakı
  • 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
asan kadr trainings

Teymur Sadıqov İstanbul Texniki Universitetində Aviasiya və Kosmik Elmlər fakültəsininin Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Teymur Sadıqov dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır.

 2008-ci ildə Kaliforniya Universitetinin San-Diyeqo kampusunda Mexanika və Aerokosmik Mühəndislik Fakültəsində “Powell” fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan Dr. Sadıqov çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb. 

Teymur Sadıqov, 2010-cu ildə məşhur alim Vassim Haddad dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunda doktorantura dərəcəsində təhsilə başlamış və 2015-ci ildə Aerokosmik Elmlər Doktoru dərəcəsi ilə məzun olmuşdur.