E-Ticarətdə ilk addımlar

  • 04 iyul 2019
  • 13:00
  • Bakı
  • 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
asan kadr trainings

"ASAN Kadr" karyera mərkəzi yay aylarında sizə asudə vaxtınızı daha səmərəli keçirmək  üçün təlimlərdə iştirak etməyi təklif edir. Növbəti təlimin mövzusu "e-Ticarətdə İlk Addımlar"dır.

Təlimçimiz Rüstəm Həsənov – Uzun müddət yerli və xarici İT şirkətlərində aparıcı vəzifələrdə çalışıb. Təhsil, telekkommunikasiya, Turizm, əyləncə, bank və maliyyə sahələrində ölkənin ən öndə gələn şirkətlərinin İT və rəqəmsal transformasiya layihələrində iştirak edib. Beynəlxalq şirkətlərin elektron ticarət layihələrində konsultant qismində yer alıb. Hal-hazırda, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində rəqəmsal innovasiyalar sahəsində fəaliyyətini davam etdirir. Azərbaycan İnternet Forumunun üzvüdür.

Təlimdə əhatə olunacaq mövzular:

  • Elektron Ticarətin yol xəritəsi;

  • Elektron Ticarətə başlamadan öncə bilinməsi gərəkənlər;

  • Elektron Ticarətdə iş modelləri;

  • Elektron Ticarət infrastrukturunun təşkili;

  • Elektron Ticarət əməliyyatlarının idarə edilməsi;

  • Elektron ticarətdə müasir trendlər;