"Biznes mühitinin reallıqları və iş həyatına hazırlıq"

  • 13 iyul 2019
  • 11:00
  • Bakı
  • 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
asan kadr trainings

Tural Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi İstedadlar Qrupu məzunudur. Ümumilikdə 10 il müddətinə yaxın iş təcrübəsinə malik olmaqla, hazırda PwC Azərbaycan şirkətində Audit Menecer vəzifəsində çalışır. 

Müxtəlif biznes və istehsalat sahələri üzrə dövlət və özəl müəssisələrdə audit proyektlərinə, o cümlədən məsləhət layihələrinə menecerlik etmişdir. Onun müştəri portfelinə maliyyə xidmətləri, neft və qaz, istehsalat, telekommunikasiya, tikinti və s. sektorlarda fəaliyyət göstərən bir sıra qabaqcıl şirkətlər daxildir. 

Bundan başqa Yaponiya, İngiltərə, Macarıstanda da bir sıra beynəlxalq şirkətlər üçün audit layihələri həyata keçirmişdir. 2018-ci ildə Hindistan hökumətinin təşkil etdiyi və 40-a yaxın ölkənin qatıldığı "Dövlət müəssisələrinin auditi" kompleks treyninq proqramında Azərbaycanı təmsil etmişdir.