İnsan Resursları sahəsində peşəkarlığa aparan yol

  • 22 iyun 2019
  • 11:00
  • Bakı
  • 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
asan kadr trainings

"ASAN kadr" karyera mərkəzi yay aylarında sizə vaxtınızı daha səmərəli keçirmək  üçün təlimlərdə iştirak etməyi təklif edir. İlk təlimin mövzusu "İnsan Resursları sahəsində peşəkarlığa aparan yol"dur. 

Təlimçimiz Nilufər Məsimova - İngiltərənin East Anglia Universitetində İnsan Resurslarının İdarə olunması üzrə magistr dərəcəsi almışdır, SHRM SCP sertifikatına yiyələnmişdir. O, Xəzər, ADA və ADİU kimi universitetlərdə Təşkilati Davranış, İnsan Resurslarının İdarə olunması, Biznes ünsiyyəti, Dəyişikliklərin idarə olunması kimi fənnlərdən bakalavr, magistr, MBA və executive MBA tələbələrinə dərslər vermiş, müxtəlif şirkətlərdə rəhbər şəxslərə idarəetmə və təşkilati davranış üzrə təlimlər vermişdir. 

Bundan əlavə olaraq o təcrübə çərçivəsində, Texas Universitetinin Peşəkar İnkişaf Mərkəzində İnsan Resursları sahəsində olan təlimlərin planlaşdırılması və həyata keçirilməsində yaxından iştirak etmiş, Google-da talantların idarə olunması ilə yaxından tanış olmuşdur. O, “HR School” layihəsinin təsisçilərindən və təlimçilərindən biri olmuş, insan resurslarının idarə olunması sahəsində bir çox layihələri uğurla başa vurmuş, gənclərə çoxsaylı təlimlər vermişdir. 2015-ci ildə İnsan Resursları Forumu Bakı-nın təsisçilərindən biri olmuşdur. Hal-hazırda SOCAR-da insan resursları peşəkarı fəaliyyət göstərir və PDP EAST şirkətinin rəhbəridir.

Təlimdə əhatə olunacaq mövzular:

  • İnsan Resurslarının dəyişən rolu;
  • İnsan Resurslarının əsas funksiyaları (işçi təminatı, təlim və inkişaf, motivasiya, işdə saxlama);
  • Peşəkar İnsan Resursları mütəxəssisi üçün vacib olan bacarıqlar və onlara yiyələnmə;
  • Dünya üzrə müxtəlif İnsan Resursları vəzifələri və onların tələbləri;
  • İnsan Resursları sahəsində təhsil (sertifikasiya və ali təhsil);
  • Şəxsi brendin formalaşdırılması (uğurlu karyera üçün şəxsi brendin formalaşdırılması);

Qeyd: Təlimə yalnız ASAN Könüllüləri müraciət edə bilər.