Sirli Bakı

  • 29 iyun 2019
  • 11:00
  • Bakı
  • 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
asan kadr trainings

Nigar Seyidova 11 illik orta təhsilini Respublika İncəsənət Gimnaziyasında alib (fortepiano üzrə). 2012-ci ildə orta təhsilini bitirib elə həmin ili Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarliq fakültəsinə daxil olub. 2014-cü ildə "Üzlər ve Səslər" adlı ilk fərdi sərgisi olub, 2015-ci ildə "Urban sketching" adlı 2-ci fərdi sərgisi olub. Sərgidə Azərbaycandakı Memarliq Abidələrinin eskizləri sərgilənmişdi. Həmin sərginin uğurlu keçməsindəm sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin gənci "memar" mükafatına layiq görülüb.
Artıq 5 ildir ki sosial şəbəkədə memarlığın təbliği ilə məşğul olur. Instagram ve Facebook-da @nigarxitektor istifadəçi adı ilə Azərbaycanda yerləşən memarlıq abidələrinin tarixi ve fotolarını izləyiciləri ilə bölüşür. Eyni zamanda dövlət müəssisəsində dizayner olaraq çalışır.

Nigar Seyidova "Sirli Bakı" adlı təlimində iştirakçılarla XIX-XX əsrə aid olan binaların memarlıq xüsusiyyətləri, onlar hansı məqsədlə tikilib, Polşa memarları, mülklərin sahibləri haqqında məlumat, memarlığın sosial şəbəkələrdə təbliği haqqında danışacaq.