Məşhur CEO-ların xobbiləri

  • #Rubrika
asan kadr news

Riçard Branson

"Virgin Group"-un sahibi Bransonun ən sevdiyi xobbisi şahmatdır. O, “Şahmat bu dünyadakı ən gözəl oyun ola bilər” deyib. Şahmat bir çox fərqli taktika, planlaşdırma, cəsarət və risk almağı tələb edir. Eyni ilə milyard dollarlıq bir şirkəti idarə edərkən etməyiniz lazım olduğu kimi.

Jec Dorsi

Twitter və bir mobil ödəmə şirkəti olan Square-i bərabər zamanla idarə edərkən, ən sevdiyi xobbisi hər şənbə vaxtının müəyyən bir qismini təbiətdə gəzməyə sərf edirmiş.

Piter Til

Online ödəmə sistemi PayPal-ın ortaq qurucusu olan Thielin ən sevdiyi xobbisi uzun yürüşləri və sörf etməkdir.

Bill Geyts

Microsoft şirkətinin rəhbəri və dünyanın ən zəngin insanlarından olan Bill Gatesin həyat sirri isə daha da maraqlıdır. O, hər gecə qabları yuduqdan sonra 1 saat kitab oxuyur.

Stiv Cobs

Apple şirkətinin qurucularından biri olanSteve Jobs hər səhər güzgü qarşısında dayanıb özü ilə motivasiyaedici söhbətlər edərmiş. O, güzgüdə özünə "Bu gün həyatımın son günü olsaydı, az sonra gördüyüm işlər məni xoşbəxt edərdimi?"- deyə soruşurmuş. Cavabı bir neçə gün ard-arda "xeyr" olarsa dəyişiklik axtarışına çıxarmış

Tim Kuk

2011-ci ildən Apple şirkətinin CEO-su olan Tim Cook hər səhər maillərinə nəzər yetirir və saat 5:00-dən 6:30-a qədər idman zalında olur. Evə gəlib səhər yeməyini yedikdən sonra 20 dəqiqə özünü inkişaf etdirməyə ayırır. Və ondan tövsiyyə istəyənlərə 20 dəqiqəlik bir müddət ayıraraq yeni bir dil öyrənməyi tövsiyyə edir.

Barak Obama

2009-2017-ci illər ərzində ABŞ-ın 44-cü prezidenti vəzifəsində fəaliyyət göstərmiş, Barack Obamanın xobbiləri basketbol oynamaq, sörf etmək, üzgüçülük və qolf oynamaqdır.

Mark Beniof

Saleforce-un icraçı direktoru Benioffun ən sevdiyi xobbisi isə yazmaq və yoqa etməkdir. Belə ki, onun müəllifi olduğu “Buludun arxasında” kitabı 2009-cu ildə ölkə səviyyəsində ən çox satılanlar siyahısında idi. 

Marissa Mayer

Google-un ilk qadın mühəndisi vəzifəsini yerinə yetirən Mayer, buradakı 13 illik fəaliyyətinə son qoyduqdan sonra Yahoo-nun CEO-su vəzifəsində çalışmağa başlayır. Mayerin ən sevdiyi xobbisi boş vaxtlarında dayanmadan yeni üsullarla cupcake bişirməkdir.

Mark Zuckerberg

Facebook sosial şəbəkəsinin qurucusu olan Zuckerberg bir xobbidən, Harvardda öyrəndiyindən daha çox şey öyrəndiyini deyir. Onun xobbisi maraqlı və olduqca fərqlidir. Belə ki o, ancaq özü ovladığı canlıları yeyir.