Karyera seçimində istifadə edə biləcəyiniz 4 təsirli metod

  • #Rubrika
asan kadr news

Karyeranıza məqsəd qoymusunuz? Yəni xəyal etdiyiniz və həyata keçirdiyiniz bir iş hədəfiniz varmı? Yoxdursa, karyera seçimində istifadə edə biləcəyiniz 4 təsirli metodumuz var! Bu metodlara keçmədən əvvəl gəlin birliktə karyera hədəfimiz düzgün seçmədiyimiz təqdirdə gələcək illərdə hansı çətinliklərlə qarşılaşacağımıza baxaq: 

• Bir işə müraciət edərkən qarşınıza çıxan bütün elanlara müraciət edəcəksiniz, 

• İş müsahibələrində karyera hədəfinizin nə olduğu sualına təsirli cavablar verə bilməyəcəksiniz. 

• Güclü bir CV-niz olmayacaq, 

• Sertifikat almaq üçün iştirak etdiyiniz proqramlarının yarısı gələcək işiniz üçün heç bir faydası olmayacaq, 

• Hətta aldığınız universitet təhsili gələcəkdə edəcəyimiz işlə əlaqəli olmayacaq. 

Bu problemi aradan qaldırmaq üçün ilk öncə düzgün seçim etməməyimizin səbələrini araşdıraq. 

Özünü tanımamaq: Düzgün bir seçim etmək ağılla başlayır. Bu səbəblə, şagirdlərin öz dəyərlərini, gözləntilərini və fərdi xüsusiyyətlərini aşkarlamağa çalışması faydalıdır. Ailələr bu yolda onlara kömək edərək, uşaqlarında gördükləri müsbət və mənfi cəhətləri mühakimə etmədən və güzgü kimi onlara yansıtmalı, yəni uşaqlarının fərdi xüsusiyyətləri barədə mümkün qədər qərəzli rəy vermədən onlara göstərməsi yaxşı olardı. Müsbət və mənfi cəhətlərinin fərqində olan gənc daha uğurlu seçim edəcəkdir. 

Peşəni tanımaması: Tələbələrin seçməyi planlaşdırdıqları peşə haqqında az və ya yanlış məlumatları olur. Gənclər xüsusilə, sosial mediada olan məlumatların hamısının doğru olmadığı da nəzərə almalıdır. Həm də unutmamalıyıq ki, hər bir mütəxəssis peşəkarlarla münasibətlərdə bu peşənin yaxşı nümayəndəsi ola bilməz. Hər peşədə yaxşı nümunələr və pis nümunələr var. 

Universiteti araşdırmamaq: Əgər fürsət varsa, universitet kampusunu şəxsən ziyarət etmək və qısa olsa belə birbaşa müşahidələr etmək çox faydalı olacaqdır. Hazır gələcəyi seçmək: Bu, kollektiv mədəniyyətdə çox yaygın bir peşə seçmə üsuludur. Ümumiyyətlə, ailələr övladlarını özlərinin davamçısı kimi görürlər və uşağın ailənin xüsusiyyətlərini işdədə davam etdirməsi gözlənilir. Nümunə olaraq, ailə başçısı həkim olduqda öz övladlarınıda bu sahədə görmək istəyirlər. 

Populyarlıqdan təsirlənmək: Bəzi peşələr və ya universitetlər müəyyən vaxtlarda daha populyar ola bilər. Belə bir populyarlıq küləyinə tutulmaq uzun müddətli işsizlik və ya peşəkar narazılığın əsas səbəblərindən biridir. Eynilə bu kimi, bəzən məşhur universitetlər səbəbindən gənclər istəmədikləri fakültələrdə təhsil ala bilərlər. Məsələn, hər zaman hüquqşünas olmağı hədəfləyən bir tələbə, BDU-də hüquq fakültəsini qazana bilməyəcəyini başa düşdükdə, BDU-da Tarix fakültəsini seçə bilər. Sonradan, “hüquqşunas olsaydım indi işləyirdim, tarixi oxudum və iş tapa bilməyəndə fərqli sahədə 0-dan başladım” kimi cümlələri eşidə bilərsiniz. Bəs düzgün ixtisas seçməyin avantajları nələrdir? İşə qəbul mütəxəssislərinin ortaq olaraq qəbul etdiyi fikir bundan ibarətdirki, karyera hədəfi qoyan və bu istiqamətdə nə edəcəyini bilməyən namizəd arasındakı fərq aydındır. Karyera hədəfi qoyan bir namizəd, xəyallarını qurduğu işin həvəsiylə iş müsahibələrində iştirak edir. Müsahibələrdə bu parıltı özünü göstərir.Siz bu enerjini hiss edirsiniz. Universitet həyatında aldığı təhsil, qatıldığı konfranslar, verdiyi sertifikatlar, etdiyi təcrübə, hamısı arzuladığı peşədə özünü inkişaf etdirmək üçün edir, buna görədə uğurlu olur. Əlbətdə ki, belə olduqda, məktəbi bitirdikdə iş tapmaq şansı daha yüksəkdir. Yəni xülasə, karyera hədəfinə sahib olmaq sizə karyeranızda bir çox üstünlüklər qazandıracaq. Bəs karyera məqsədiniz nədir, gəlin onu müəyyənləşdirək. CFI-yə görə, karyera hədəfi, bir insanın illərlə davam etdirmək niyyətində olduğu peşəni izah edən yaxşı bir ifadədir. Karyera hədəfinin müəyyən edilməsi, bu hədəf üçün qısa və uzunmüddətli hədəflər təyin etməklə planlaşdırma imkanı verir. Başqa sözlə, karyera hədəfinə sahib olmaq, əvvəldə qeyd etdiyimiz kimi, karyera planlaşdırması üçün böyük bir üstünlükdür. Karyera hədəfimiz olduğundan, bu hədəfə uyğun olaraq qısamüddətli hədəflər qoyuruq, yəni karyera planımızı asanlıqla, 6 aydan 2-3 ilə qədər hədəflərimizi, sonra isə uzunmüddətli hədəflərimizi, yəni 3-5 ili təyin edirik. Xülasə, bir peşə seçmisinizsə, bu seçimə uyğun planlaşdırma işinizin ən xoş və asan yoludur. Bəs seçəcəyiniz peşəni müəyyənləşdirməmisizsə nə etməlisiz?  

Bu sualın cavabını tapmağınıza kömək edəcək 4 təsirli metodumuz var

1. Uşaqlıq xəyalları 

2. 9 canı olan pişik metodu 

3. Steve Jobs ilə nöqtələri birləşdirmək 

4. Ətraf mühit analizi

1. Böyüyəndə kim olacaqsan? 

Birinci metodumuzda böyüyəndə kim olacağımıza verdiyimiz uşaqlıq cavablarımızı xatırlayırıq. Karyera məsləhətçiləri bildirirlər ki, karyera məqsədinizi müəyyənləşdirməkdə ilk addım uşaqlığınızdan bəri nəylə maraqlandığınızı xatırlamaqdır. Uşaqlıqda nələriniz var idi, böyüyəndə özünüzü necə xəyal edirdiniz? Sizdə bu suallı özünüzə yönəldərək , uşaqlıq xəyalınız nə olduğunu xatırlamağa çalışın. Əminəm ki, həqiqətən diqqətinizi çəkəcək maraqlı bir şey tapacaqsınız. 

2. 9 canı olan pişik metodu

Əgər bir pişik olsaydın yəni 9 həyata sahib olsaydın hansı 9 peşəni seçərdin? Bəli, bu məşq Karen James Chopra tərəfindən karyera hədəfi təyin etmək üçün hazırlanmışdır. Şərtlər aşağıdakı kimidir: Deyək ki, bir pişik kimi 9 həyatın var və hər həyatda işləyib fərqli bir iş görməlisən. Bu işləri görə bilmək üçün hər cür təcrübəyə sahibsən. Hər işdən səni xoşbəxt edəcək qədər pul qazana biləcəksiniz və hər işin nüfuz səviyyəsi eynidir. Bu şərtlər daxilində seçəcəyiniz 9 peşə nə olacaq? Məşqdəki məntiq bütün əngəlləri aradan qaldıraraq ən çox sizi cəlb edən peşələri kəşf etməkdir. Beləliklə, yüzlərlə işi 9-a endirməklə özünüz üçün karyera siyahısı hazırlamış olacaqsınız. Seçdiyimiz peşələrə əsaslanaraq, ümumi davranışlarımız və maraqlarımızı nəzərdən keçirərək hansı peşənin bizə uyğun olduğunu görə bilərk. 

3. Steve Jobs ilə nöqtələri birləşdirmək 

Əslində həyatımızda keçmişdə olan nöqtələr gələcək nöqtələrlə müəyyən dərəcədə bağlıdır, buna görə keçmişdə bu nöqtələri kəşf edə bilsək, gələcək hədəflərimizə işıq sala bilərik. Buna görə keçmişdə etdiklərimizi araşdırmalıyıq. Bəs bunu necə edə bilərik? Bir qələm və kağız götürün və bu günə qədər etdiklərinizi düşünərək yazmağa başlayın! Təcrübə etdiyiniz işlər, part-time və ya könüllü iş, təcrübə, layihələr, aldığınız dərslər, iştirak etdiyiniz konfranslar, təlimlər, öyrəndiyiniz proqramlar, dillər, güclülər, istedadlar, hobbilər, hətta ziyarət etdiyiniz ölkələr ...Sevdiklərinizi, uğurlu olduqlarınızı, çox vacib tapdığınız mövzuları yaşıl qələmlə yuvarlaqlaşdırın və sizi narahat edən yerləri qırmızı qələmlə işarələyin.Sonra yazdıqlarınızı qarşı-qarşıya qoyun və bağladığınız şeylərə nəzər yetirin. Yaşıl sizin üçün nə deyir, qırmızı sizə nə deyir? Bağlantıları tutmağa, ipuçlarını tapmağa çalışın! Hansı mühitdə işləmək istədiyinizi, nəyi sevdiyinizi dolayısıyla karyeranızı necə davam etdirə biləcəyinizi kəşf etməyə çalışın! 

4. Ətraf mühit analizi  

Yuxarıda göstərilən 3 metod karyera seçimi zamanı özümüzə dönərək seçim etdiyimiz təlimlərdir. Dördüncü və son addımımız xarici yönümlü bir araşdırmadır: Ətraf mühitin təhlili. Bunun üçün peşələri daha yaxından tanımaq lazımdır. Peşələr o qədər sürətlə dəyişir və o qədər yeni peşələr yaranır ki, bəlkə də oxuduğun peşə 10 ildən sonra yox ola bilər.Gələcəyin işləri nə olacaq? Onları araşdırın! Bu dərin araşdırmalar nəticəsində kəşf etdiyiniz məlumatlar sizə nə etməli olduğunuza dair bir fikir verəcəkdir. 

Bəli bu 4 addımın sonunda bir karyera hədəfi təyin etmək daha asandır. Müəyyənləşdiriyiniz karyera hədəfinə çatmaq üçün qısamüddətli və uzunmüddətli hədəflər qoyaraq və planlaşdırma edib karyera səyahətinə başlayın.