"Alo dayə" vakansiya elan edir!

  • #Vakansiya
asan kadr news

Alo Dayə Şirkəti Azərbaycanda bir ilk olaraq peşəkar dayə yetişdirir. Dayə vakansiyasına uyğun olan kadrlar ekspertlərin təyin etdiyi kriteriyalara uyğun seçilir. Psixoloji və fizioloji sağlamlıqları yoxlanıldıqdan sonra 62 saat təlim prosesiylə təkmilləşdirilir. 

Bizim şirkəti seçən müştərilər nə qazanır?

  • Şirkət tərəfindən məsuliyyət daşıyan dayə ilə təmin edir
  • İşinə məsuliyyətli yanaşması üçün dayənin işinə davamiyyətli nəzarət edir
  • Hüquq müstəvisində hüquqlar qorunur
  • Şirkət müştərinin şikayət və təkliflərini alaraq həll edir
  • Uşağın yaş kateqoriyasına uyğun olaraq hər ay dayəni təkmilləşdirir və hər ay proqramla təmin edir
  • İstənilən zaman dayəni dəyişmək imkanı
  • Fors-major hallarda əvəzləyici dayə ilə təmin etmək

«ALO DAYƏ» şirkəti vakansiya elanlarını dəyərləndirir. Tələb etdiyi kriteriyalara uyğun namizədlər lazımı incələmədən sonra şirkətə dəvət olunur, müsahibə əsasında seçim edilir. Seçim üçün dayə namizədin pedaqoji təhsilinin olması əsasdır. Uşaq profili üzrə işləməyi bacaran, uşaqla təcrübəsi olan namizədlər müsahibəyə dəvət olunur. Bundan başqa aktiv, gülərüz və təmkinli olması dayə namizəd üçün tələb olunan kriteriyalardandır. Müsahibə zamanı ən uyğun namizədə tibbi və psixoloji durumunun yoxlanılması üçün göndəriş verilir. Göndərişdən müsbət cavabla gələn dayə namizəd şirkətin seminarlarında təlim keçir. Bu təlimlərlə təkmilləşən və lazımi biliklərə yiyələnən dayə namizəd şirkətin dünya standartları əsasında hazırlanmış yoxlayıcı imtahanlarında iştirak edir. İmtahanı uğurla keçən namizəd şirkətdə işlə təmin olunur. İşlədiyi müddətdə daimi yenilənən bilgilərlə təlimlərdə iştirakı mütləqdir.

Müraciət etmək istəyən namizədlər rezümelərini hr@asankadr.az e-poçt ünvanına mövzu yerində "Alo Dayə" yazaraq göndərə bilərlər.