Operator vakansiyası!

  • #Vakansiya
asan kadr news

“İnnovasiyalar Mərkəzi” Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:
- Təcrübə: Arzuolunandır.
- Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook və s.)
- Dil bilikləri: - İngilis, Rus, Ərəb, Fars dillərindən biri əla səviyyədə ( Əlavə olaraq Çin, Fransız və digər dillərdən birini bilənlərə üstünlük veriləcək).

Funksiyalar:

- Daxil olan zənglərin cavablandırılması;
- Müraciətlərin qeydə alınması;
- Xidmətlərlə bağlı məlumatların dəqiq və düzgün şəkildə ötürülməsi.

Bilik və bacarıqlar

- Gündəlik işlərdə vaxtın idarə edilməsi;
- Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək);
- Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq;
- Səlis və aydın danışıq tərzi;
- Yüksək nitq mədəniyyəti.

Namizədlər öz CV-lərini “Çağrı mərkəzi operatoru” qeyd etməklə hr@icenter.az elektron poçt ünvanına 28.02.2020-ci il tarixinə qədər göndərməlidir.