Həftənin vakansiyası

  • #Vakansiya
asan kadr news

1. EGO Tech-da "Satış təmsilçisi" vakansiyası

Əmək haqqı: 300 - 400 AZN

Şəhər: Bakı

Telefon: (012) 555-22-73; (055) 213-83-45 

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının satışının təşkili;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirci xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi;
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
  • İş qrafiki: 09:00-dan 18:00-dək;
  • Şənbə günü: 09:00-dan 15:00-dək;
  • İstirahət günü: bazar.

Tələblər:

  • Ali təhsil;
  • Yaş 25-40;
  • Xanım və bəy namizədlər;
  • Səlist Azərbaycan dilini və türk dilini bilməsi (əlavə olaraq rus dilini və ingilis dilini bilənlərə üstünlük verilir);
  • Satış üzrə 1 ildən az olmayan iş stajinin olması mütləqdir;
  • Komputer biliklərinin olması;
  • Xoş və səliqəli zahiri görünüş;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı;
  • Səbrli və nəzakətli;
  • İşgüzar və hədəf yönlü;
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar;
  • Əlavə olaraq özünün şəxsi maşını olanlara üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər rezumelərini "Satış təmsilçisi" başlığı altında office@ego.az e-poçtuna göndərə bilərlər.

2. Prive Steak Gallery-də "Qəbul, resepşn" vakansiyası

Əmək haqqı: 600 AZN+;

Vəzifə öhdəlikləri:

  • İş qrafiki həftədə 6 gün, 8-9 saat; 
  • Telefon zənglərinə cavab verilməsi;
  • Zənglərin yönləndirilməsi, rezervasiyaların götürülməsi, paket sifarişlərinin qəbul edilməsi və s.

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Rus dili (əla);
  • İngilis dili (əla);
  • Xoş görünüş, ünsiyyət, gülərüzlük, operativlik, kollektivlə iş bacarığı, diqqət, məsuliyyət kimi müsbət göstəricilər.

Müraciət etmək istəyən namizədlər rezumelərini "Qəbul, resepşn" başlığı altında hr@privebaku.com e-poçtuna göndərə bilərlər və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

3. Kapital Bankda “Müştəri cəlbi üzrə ekspert” (Hunter) vakansiyası

Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinə Müştəri cəlbi üzrə ekspert (Hunter) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Hədəf müştərilərini tapmaq (şəxsi müştəri bazasından və koordinasiya və analitika şöbəsi tərəfindən verilən siyahılar üzrə);
  • Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq, görüşlər almaq və hər hansı bank məhsulu (bank hesabının açılması, bank dövriyəsi, biznes kart, kredit, faktorinq və s.) üzərindən ilkin razılığı əldə etmək;
  • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək;
  • Cəlb edilən müştərilərin Farmerlərə ötürülməsini təmin etmək;
  • Görülmüş işlərə dair hesabat vermək.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan (Rus dili  üstünlük);
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • Yüksək satış bacarığı.

Müraciət etmək istəyən namizədlər rezumelərini “Müştəri cəlbi üzrə ekspert (Hunter)” başlığı altında recruitment@kapitalbank.az e-poçtuna göndərə bilərlər

4. Miniso LLC- “Satış məsləhətçisi” vakansiyası

Əmək haqqı : 400 AZN

Vəzifə öhdəlikləri:

  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini və Rus dilini səlist bilməli, ingilis dilini bilməsi üstünlükdür;
  • Satış təcrübəsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Satış məsləhətçisi ”  qeyd edərək öz rezumelərinizi hr@miniso.co.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

5. Bank “BTB” ASC-də Katibə-resepşn vakansiyası

Vəzifə öhdəlikləri:

  • Daxil olan zəngləri, məktubları cavablandırmaq və yönləndirmək;
  • Müştərilərə bank və məhsullar haqqında məlumat vermək;
  • Müraciətləri qeydiyyata almaq;
  • İş qrafiki: 09:00-18:00;
  • İstirahət günləri: şənbə, bazar.

Tələblər:

  • Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, ingilis dili bilənlərə üstünlük verilir;
  • Ofis avadanlıqlarından istifadə  bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Müştərilərlə nəzakətli ünsiyyət.

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində şəkilli CV-lərini 30 Avqust, 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını e-poçtun mövzu hissəsində (Katibə-resepşn) göstərməyiniz xahiş olunur.

6. 158 Taxi-də “Ofis administratoru” vakansiyası

Əmək haqqı: 350 — 400 AZN

Vəzifə öhdəlikləri:

  • Şirkətə gələn məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasını formalaşdırmaq;
  • Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırılmasını (faksla, poçtla, kuryerlə, elektron poçtla və s.) təşkil etmək;
  • Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkilini həyata keçirmək;
  • Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında işgüzar yazışmalar aparmaq;
  • Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, faks, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatları qeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq.
  • İş yeri: Bakı
  • İş rejimi: 6 gün
  • İş vaxtı: 09:0-18:00

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili - əla;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmə bacarığı;
  • Səlis və işgüzar danışıq bacarığı;
  • Məsuliyyətlilik, stressə davamlılıq, problem həlletmə, icraedicilik, planlaşdırma, nəzarətedicilik bacarıqları.

7. Pilot Residence MTK-da “Resepşn” vakansiyası

Əmək haqqı: 400 AZN

Ünvan: Səbail rayonu, Nizami küçəsi 4

Vəzifə öhdəlikləri:

  • Ofisə edilən zənglərin, faks və elektron məktubların qəbul edilməsi, cavablandırılması;
  • Ofisə gələn müştərilərin qarşılanması;
  • Qeydiyyat işlərinin aparılması;
  • Maillərin cavablandırılması və yönləndirilməsi;
  • Gələn informasiyaların toplanması və uyğun olan struktur bölmələrinə ötürülməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • İş vaxtı: həftə içi, 09:00-dan 18:30-dək;
  • Şənbə günü 09:00-dan 15:00-dək;
  • Bazar günü istirahət.

Tələblər:

  • Cinsi: Qadın;
  • Yaş həddi: 24-30;
  • Təhsili: Orta ixtisas və ya Ali;
  • Kompüter bacarıqları: Office proqramları - Word, Excel, Power Point;
  • Dil bilikləri: Azərbaycan və rus dili (ingilis dili biliyi üstünlükdür);
  • Ünsiyyət, düzgün diksiya və məlumatın ötürülməsi bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.