Texnoloji xəbərlər

  • #Rubrika
asan kadr news

Google əlavəsi olan Stylish


Stylish Google-un əlavəsi olaraq yaradılan veb saytdır. Burada siz istənilən veb saytda öz zövqünüzə uyğun fon, rəng sxemi, şriftlər, hətta animasiyalarla da oynaya bilərsiniz. Bununla da siz internetdə əylənərək vaxt keçirə bilərsiniz. 

Stylish SCC redaktoru vasitəsilə qurulmuşdur. 

Daha ətraflı: https://chrome.google.com/webstore/detail/stylish-custom-themes-for/fjnbnpbmkenffdnngjfgmeleoegfcffe


Save to Pocket


Google-da hər hansı bir işlə məşğul olarkən diqqətinizi cəlb edən hər hansı bir məqalə ilə qarşılaşırsınız. Və o an oxumaq imkanı tapa bilmədiyiniz üçün onu araşdıra və ya həmin an oxumağa həvəsiniz olmaya vaxtlar da olur. Amma bu əlavə vasitəsilə artıq istənilən yerdə, internetiniz olmadığı vaxtda belə açıb oxuya bilərsiniz. Gəlin Gooogle-ın bu əlavəsinin hansı xüsusiyyətlərə malik olduğunu araşdıraq:

- Sizi maraqlandıran hər şeyi - məqalələri, şəkilləri, videoları, bağlantıları - saxla və hazır olduğunuz zaman araşdıra bilərsiniz

- Reddit, Twitter, YouTube və bir çox digər populyar saytlar da daxil olmaqla istənilən mənbədən material saxlaya bilərsiniz

- Hətta https://getpocket.com/premium saytından cibdən məqalələri dinləyə bilərsiniz

Daha ətraflı: https://chrome.google.com/webstore/detail/save-to-pocket/niloccemoadcdkdjlinkgdfekeahmflj?hl=ru