Texnologiya tarixinin ən uğurlu sahibkarlarından olan İlon Mask-ın CV-si kimi rezümen olsun istəyirsən?

  • Etiket yoxdur
asan kadr news

Keçən paylaşımdan sonra bir çox könüllülərimiz professional, yeni nəsil CV hazırlamaqda dəstək üçün bizə müraciət etdi. Biz də qərara gəldik ki, sizin üçün bir neçə nümunə yerləşdirək. Bəli, həm də karyerası iyirmi illik uğurları əhatə edən, texnologiya tarixinin ən nüfuzlu sahibkarlarından biri olan İlon Musk (Elon Musk) üçün hazırlanmış rezüme nümunəsində.


Böyük Britaniyanın məşhur kütləvi informasiya vasitələrindən olan "Independent" online qəzeti İlon Maskın rezümesini təhlil edib. Analitiklərin fikrincə, İlon Mask üçün hazırlanmış bu CV nümunəsi dizayn, sadəlik, peşəkarlıq baxımdan ən uğurlu infoqrafik CV-lərdən biridir. Həmçinin bu rezüme sübut edir ki, CV-nin bir səhifədən daha uzun olmasına ehtiyac yoxdur.

Bəli, dostlar! Aşağıda göstərilən linkə daxil olaraq göstərilən nümunə əsasında arzu etdiyiniz dəyişiklikləri edərək siz də özünüzə yeni nəsil rezüme hazırlaya bilərsiniz:
(Qeyd edək ki, rezümelərdəki ( həm Azərbaycan dili, həm də ingilis dilində nümunə mövcuddur ) məlumatlar şərtidir.)

shorturl.at/pqOZ6   

İSTİFADƏ TƏLİMATI:

  • CV nümunələrini kompüterinizin yaddaşında saxlayaraq Microsoft PowerPoint proqramı vasitəsilə yenidən formalaşdıra bilərsiniz.
  • Bütün rənglər və obyektləri istədiyiniz formada dəyişdirə bilərsiniz.
  • Yeni qrafiklər əlavə edə bilərsiniz.
  • Əgər 3-5 ildən daha çox təcrübəniz yoxdursa rezümenizi 1 səhifədən daha uzun tərtib etməməyə diqqət edin. 
  • CV-nizi hazırladıqdan sonra mütləq pdf olaraq yadda saxlayın və həmin formatda bir daha nəzərdən keçirdin. 
  • İşəgötürənə mütləq pdf formatında göndərin.