Texnoloji yeniliklər

  • #Rubrika
asan kadr news

Creator Studio

Facebook şirkəti yeni bir layihə irəli sürüb. Belə ki, artıq Instagramda paylaşımları kompüterdən paylaşmaq mümkündür. Burda siz kontent yaza, paylaşım vaxtını idarə edə bilərsiniz. Həmçinin, paylaşımlara gələn bəyənilər, stories və şərhləri  görə bilərsiniz.

Bu format Facebook və Instagram hesablarını bir-biri ilə əlaqələndirənlər üçün əla bir xəbərdir. Xüsusilə də SMM-çilər üçün şad xəbər də demək olar.

Bu haqda məlumatı Facebook şirkətinin rəsmi bloqunda məlumat verilib.

Keçid: https://business.facebook.com/creatorstudio

Facebook Shops

Facebook Covid-19 pandemiyası ilə bağlı olaraq hazırda çətin müddətdən keçən mağaza sahibləri üçün online platforma olaraq, Facebook Shops layihəsini təqdim etdi. Bu platformada məhsulları yükləmək, onları kataloqlar şəklində insanlara təqdim etmək mümkündür. Beləliklə, kiçik sahibkarlara bu dövrdə kiçik də olsa, problemlərinin həllində köməklik göstərəcəyini düşünürlər. 

Hazırda online ödənişlər yalnız, Amerikada baş tutur. Həmçinin, digər sosial media vasitələrində də tətbiq olacağı gözlənilir.

Keçid: https://bit.ly/3hqX6kV 

LinkedIn profili olanlar üçün tövsiyyə

Artıq rəqəmsal bir dünyada yaşadığımızı nəzərə alsaq, müəyyən işlərimizi internet vasitəsilə asanlıqla həll edə bilirik. Evdən oturaraq işlərimizi online yürüdür, alış-veriş edə bilir və online ödənişlərimizi belə evdən edə bilirik. Artıq iş tapmaq üçün də online profil yaradaraq faydalanmaq mümkündür. Bu online platformalardan biri də LinkedIn-dir. Düzgün profil yaratmaq üçün aşağıdakı tövsiyyələrə baxaq:

1. Sosial şəbəkəsində şəxsi hesab yaradarkən profilin məlumat ilə tam olaraq təmin edilməsinə xüsusi diqqət ayırın. Bütün nailiyyətlərinizi, bacarıqlarınızı qeyd edin, kreativlik nümayiş etdirin. 

2. Profilin tam olaraq doldurulması işəgötürən şəxslərin nəzərinə çarpmaq şanslarınızı dəfələrlə artırır. Özünüz haqqında (təhsil, iş təcrübəsi, həyata keçirilmiş layihə, test nəticələri, xobbi və s.) nə qədər çox məlumat yerləşdirsəniz, rəhbər şəxslər üçün bir o qədər çox marağa səbəb olacaqsınız.

3. Şəkil əlavə etməyi unutmayın. LinkedIn professional yönümlü sosial şəbəkə olduğundan profil fotosu keyfiyyətli, mümkün qədər rəsmi xarakterli olmalıdır.

4. Profilin ilkin bloku olan “Summary” hissəsini mütləq olaraq doldurun. Kiçik professional xüsusiyyətlərdən ibarət olan bu kiçik təqdimat sizi mütəxəssis olaraq cəlb edilməyiniz üçündür.

5. LinkedIn şəbəkəsi özünəməxsus bir qaydaya əsaslanır: dostun nə qədər çoxdursa, imkanların bir o qədər genişdir. Keçmiş iş yoldaşarınızı, dostlarınızı, universitet və yaxud məktəb tanışlarınızı dost siyahınıza əlavə edin. Bu sizin imkanlarınızı genişləndirəcək.

6. İşləmək istədiyiniz şirkətlərin, müəssisələrin LinkedIn profillərini bəyənin və daim nəzarətdə saxlayın.