Şəxsi inkişafınız üçün 8 onlayn sayt

  • #Rubrika
asan kadr news

1. Lynda

Lynda.com şəxsi və peşəkar məqsədlərə nail olmaq üçün hər kəsə biznes, proqram təminatı, texnologiya və yaradıcılıq bacarıqlarını öyrənməyə kömək edən əsas onlayn tədris platformasıdır. Burada adətən LinkedIn üzvləri üçün pulsuz sınaq dərsi təklif olunur. Müxtəlif video kursları vasitəsilə sizə lazım olan və ya sizi maraqlandıran müxtəlif mövzulara yiyələnə bilərsiniz.

2. Brit + Co

Brit + Co yaradıcı ruhu olan real qadınları həvəsləndirən, öyrədən və əyləndirən bir media şirkətidir. Onların təqdim etdikləri onlayn dərslər sizə yaradıcılığınızdan istifadə edərək gələcəyinizi qurmağa imkan verir. Hal-hazırda sizin üçün maraqlı ola biləcək 3 pulsuz kurs təklif olunur.

3. Safari onlayn kitabları

Safari onlayn kitabları 2000-ci ilin iyul ayında "texnologiya və biznes tədrisi platforması" kimi xarakterizə edilən rəqəmsal kitabxanadır. Safari elmi müəssisələri texnologiya, video və biznes təhsili məqsədilə resurslarla təmin edir. Sayt həm elektron kitablar, həm də video kursları ilə zəngindir. Fərdi, qrupla və ya təlimçi vasitəsilə öyrənmək seçimi azaddır.

4. Udemy

Udemy tələbələrin yeni bacarıqlara yiyələnməsi və məqsədlərinə çatması üçün mütəxəssis təlimçilər tərəfindən keçilən 45.000 kursdan və geniş kitabxanadan ibarət qlobal sferadır. Təlimlər istənilən sahəyə aid müxtəlif mövzuları əhatə edir (ağac emalı, kitab nəşri, proqramlaşdırma və s.). 

5. Coursera

Coursera saytında dərslər dünyanın ən yaxşı universitetləri və təhsil müəssisələrinin müəllimləri tərəfindən tədris olunur. Bu, video-mühazirələr, qiymətləndirilmə üçün tapşırıqlar və ictimai müzakirə forumları vasitəsilə öyrənmə, araşdırma və müzakirə üçün əhəmiyətli mənbədir. 29 dollar başlanğıc qiyməti məbləğində 4-6 həftə ərzində yeni bacarıqlar mənimsəyə və  elektron kurs sertifikatı əldə edib paylaşa bilərsiniz.

6. General Assembly

General Assembly 4 qitədə 15 kampus arasında tələbələrlə onlayn şəkildə və fərdi işləyir. Kurslar veb inkişafı, məhsul idarə edilməsi, mobil inkişaf, data elmləri və s. kimi müxtəlif mövzularda olur. Yeni karyeraya sahib olmaq istəyənlər tam-ştat kurslardan ideal dərslər, yeni biliklər əldə edərək karyera məqsədlərinə yaxınlaşmaq istəyənlər isə mükəmməl yarımştat kurslara qatıla bilərlər.

7. Edx

Edx onlayn təlim platforması və MOOC təminatçısı hər kəsə dünyanın ən yaxşı universitetlərindən yüksək keyfiyyətli kurslar təklif edir.

8. Udacity

Praktiki layihələr həyata keçirmək üçün Udacity çox əlverişlidir. Təcrübəniz boyunca inkişafınızı izləyə, layihələrinizi tamamlaya, interaktiv təlimlərə və videolara qoşula və kursun sonunda sertifikat əldə edə bilərsiniz. Fərdi təlimçiniz sizə kömək etmək, eləcə də onlayn dərslərdə gedişatınızı izləmək üçün bütün layihələrinizi nəzərdən keçirib qiymətləndirəcək.