"Peşəkar rezumenin hazırlanması və müsahibə" təlimi

  • #Təlim
asan kadr news

ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi yarandığı ilk gündən ASAN Könüllülərinin peşəkar kadr kimi formalaşması və bu istiqamətdə onlara dəstək vermək məqsədi ilə fəaliyyət göstərir. Həmin məqsədi həyata keçirmək üçün karyera mərkəzi tərəfindən bir sıra təlimlər təşkil olunur. Təlimlər ixtisaslaşmış və ümumidir. 

24-25 sentyabr 2019-cu il tarixində mərkəzin koordinatorları Nurlanə Abbaszadə və Könül Məmmədova tərəfindən "Peşəkar rezumenin hazırlanması və müsahibə" adlı təlimi keçirilib. Təlim müddətində gənclərə rezumenin düzgün yazılması, diqqət ediləsi məqamlar, strukturu, stress müsahibə və müsahibəyə getmədən əvvəl necə hazırlaşmalı barədə ətraflı məlumat verilib.

Qalereya