2019-cu ilin ən yaxşı kitabları: BBC seçimləri

  • #Rubrika
asan kadr news

1. Robert Macfarlane-Underland: A Deep Time Journey  

Bir çox mükafatın sahibi Robert Macfarlanenin bu qeyri-bədii əsəri oxucunu tamamilə başqa aləmə aparır. Kitab Qrenlandiyanın buzlaqlarından Tunc dövrünə aid dəfn otaqlarına və Arktik dəniz mağaralarına qədər planetimizin keçmişi, bu günü və gələcəyinə səyahət edir. 

2. Maurice Carlos Ruffin-We Cast a Shadow 

Mövsuna görə bu əsər ilin tənqidi hitlərindən olmuşdur. Kitabda irqçilik və bir ailə hekayəsindən bəhs olunur. Əsərdə baş verən hadisələr ABŞ-ın spekulyativ uydurma bir şəhərində baş verir. Burada Dr. Nzinga öz klinikasında şəhər sakinlərinin daha az qara görünmələrini təmin edəcək bir təcrübi prosedur təklif edir. Nana Kwame Adjei-Brenyah NeYork Times qəzetində kitab haqqında dərc olunmuş məqaləsində deyir: “Bu kitabı oxuyun və özünüzdən sorşun: İstədiyiniz dünya budur mu?”

3. Toni Morrison- Mouth Full of Blood 

Müəllif Nobel və Pulitzer mükafatçısı,dövrümüzün ən məşhur və hörmətli yazıçılarından biridir. İlin əvvəlində çap olunmuş bu əsər dünyamızı sual altına alan esselər,çıxışlar və düşüncələri özündə toplayır. Kitab üç hissədən ibarətdir: Xaricinin Evi, Tanrı Dili və Qara Materiya. Əsərdə ABŞ tarixi, siyasət, irq, din, cinsiyyət və qloballaşma, mətbuat və sənətçilərin rolundan da bəhs olunur. Henrietta McKerveyin “İrland Times”-da yazdığı kimi: “Çox genişdir. Dərin. Çox yaxşıdır. ”

4.Xristian KieferPhantoms- Phantoms

Bu əsər ailə sirlərindən bəhs edən,  müharibənin panaromik bir araşdırmasıdır. Kitab İİ Dünya Müharibəsində ön cəbhədə vuruşduqdan sonra evinə qayıdan Rey Takahaşi və bir neçə onillik keçdikdən sonra baş verən Vietnam müharibəsinin qazisi olan Jon Frazierin üst-üstə düşən hekayələrindən bəhs edir. 

5. Colson Whitehead-The Nickel Boys

Pulitzer mükafatı və Milli Kitab Mükafatçısı Colson Whitehead-in bu əsəri Jim Crow dövründə fəaliyyət göstərən uydurma Florida islahat məktəbindən bəhs edir. Bu məktəbin qara dərili yeniyətmələrə "fiziki, intellektual və mənəvi tərbiyə" verdiyi iddia olunur. Əslində, Nikel Akademiyası sadist kadrlarla və korrupsioner məmurlarla dolu bir “cəhənnəmdir”, burada müqavimət göstərən hər hansı bir gəncin “yox olma” ehtimalı var.

6. Julio Orringer- The Flight Portfolio 

Uçuş Portfeli, 1940-cı ildə Fransanın Vichy şəhərinə gedən ABŞ jurnalisti Varian Fry'nin, həyatını riskə ataraq sənətkarlara, yazıçılara və digərlərinə faşistlərdən qaçmasına kömək etdiyi əsl hekayəsindən bəhs edən bir romandır.  

7. Kevin Barry-Night Boat to Tangier

Kitabda İrlandiyalı quldurlar Charlie və Maurice-nin Charlinin 23 yaşlı qızı Dilini axtararkən İspaniyanın cənubundakı bir bərə terminalında qocalmalarından bəhs edir. 

8. Karen Russell - Orange World and Other Stories

Bu kitab “Swamplandia”, “Limon Qrupundakı Xortdan” və s. tipli qısa hekayələr toplusudur. 

9. Rachel Cusk-Coventry

Kitab əsasən povestlərdən, daha çox qadınlar tərəfindən yazılan povestlərdən bəhs edir. Müəllif özü öz əsərini “müasir qadının şəsi azadlığı uğrunda mübarizəsinin paradiqması” kimi təqdim edir.

10.Joel Golby-Brilliant, Brilliant, Brilliant, Brilliant, Brilliant: Essays 

Kitab genişlənmiş esselər toplusudur. Burada ölüm, alkoqol, dostluq, itki və sosyopatik ev sahibləri haqqında oçerklər təqdim olunub. 

11. Elif Şafak- 10 Minutes 38 Seconds in the Strange World 

Kitab Tequila Leylanın ölümündən sonrakı həssas məqamlardan bəhs edir. Əsərdə həyatının hər dəqiqəsini bir yerdə keçirdiyi dostunu xatırladan zəngin, həssas məqamlara toxunulur.