Sinteks şirkətinə "Satış təmsilçiləri" tələb olunur

  • #Vakansiya
asan kadr news

1996-cı ildə Bakı şəhərində əsası qoyulan SINTEKS şirkəti bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb. Hazırda şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir. 

Şirkətə Satış təmsilçiləri (Pərakənda satış sektoru) tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Məhsulun təqdim edilməsi və zalın səliqəsinə riayət etmək;
  • Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
  • Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli münasibətlər yaratmaq və onu qorumaq;
  • Yeni müştərilər axtarmaq və cəlb etmək;
  • Müştəriyə brend və məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimi zamanı köməklik göstərmək;
  • Satış planının və mağaza inkişafının həyata keçirilməsini təmin etmək. 

Namizədə qoyulan tələblər:

  • Xoş görünüşlü xanımlar və bəylər;
  • Yaş həddi 22-45 yaş;
  • Minimum1 il iş təcrübəsi satış sahəsi üzrə (arzuolunandır);
  • Dil bilikləri: Rus və Azərbaycan (İngilis dili üstünlük sayılır);
  • Ünsiyyətçillik, stresə davamlılıq, nəticə yönümlülük.

Bizim təkliflərimiz:

  • Lyuks brendlərlə çalışmaq imkanı; 
  • Növbəli iş qrafiki;
  • Brend haqqında məlumatlar, satış texnikası, məhsulun xüsusiyyətləri, merçendayzinq, müştəri xidməti və digər sahələrdə təlimlər;
  • Moda sahəsində karyera yüksəlişi imkanı.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini hr@asankadr.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış təmsilçisi” qeyd etmələri xahiş olunur.