"Düşüncənin həyatımızda rolu" təlimi keçirildi

  • #Təlim
asan kadr news

21 fevral 2020-ci il tarixində ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılı ilə "Düşüncənin həyatımızda rolu" adlı təlim keçirilib. 

Təlimçi Rəsul Əhədov gənclərə müsbət düşüncələrin həyatımıza təsiri barəsində ətraflı məlumat verərək bildirmişdir ki, zehnimiz gördüklərimiz, eşitdiklərimiz və oxuduqlarımızla bəslənir. Buna görədə hər birimiz gündəlik həyatımızda məşğul olduqlarımızı təkrar gözdən keçirməliyik. Eyni zamanda “Hədəf Lövhəsi” un hazırlanma qaydası haqqında detallı məlumat verən təlimçimiz dreambordu həyatına tətbiq edib,uğur qazanan insanlar haqqında da məlumat vermişdir. Son olaraq xoşbəxtlik hormonları haqqında məlumat verərək, hormonların miqdarını təbii yolla qaldırmağın yolları haqqında geniş məlumat vermişdir.

Qalereya