Menecment Təcrübə Proqramı

  • #Layihə
asan kadr news

Coca-Cola İçecek Azərbaycan şirkəti 12 aylıq Menecment Təcrübə Proqramına start verdi. Təcrübəçilərə şirkət tərəfindən aylıq əmək haqqı ödəniləcəkdir. Bu proqram sizə Gündəlik Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, insanlarla yeni əlaqələr qurmaq və iş həyatında tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı verəcəkdir. Əgər siz də beynəlxalq şirkətdə peşəkar iş təcrübəsi qazanmaq və parlaq karyera qurmaq istəyirsinizsə  o zaman bu şansı qaçırmayın.

Proqram sonuncu kurs və ya magistratura dərəcəsində təhsil alan tələbələr, həmçinin son 2 ildə məzun olmuş gənclərə şamil edilir.

Menecment Təcrübə Proqramı haqqında sizə daha ətraflı məlumat vermək və suallarınızı birbaşa cavablandırmaq üçün Coca-Cola İçecek Azərbaycan şirkətinin Rərbərlik Heyətinin və İnsan Resursları departamentinin nümayəndələri sizin görüşünüzə gələcəkdir. Görüş 04.05.2019 tarixi saat 11:00-da"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçiriləcəkdir. Qeyd edək ki, göstərilən tarixdə keçiriləcək görüş yalnız ASAN Könüllülük Məktəbinin üzvləri üçün nəzərdə tutulmuşdur. Görüşdə iştirak etmək istəyənlərdən aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmələri xahiş olunur: https://forms.gle/AWzCC1L8a3oD6CoK7