"Paşa Sığorta"-da vakansiyalar!

  • #Vakansiya
asan kadr news

Ciddi və eyni zamanda pozitiv şirkətdə, cavan və mehriban kollektivlə işləmək istəyənlərin nəzərinə:

  Azərbaycanın Sığorta bazarında Lider olan “PAŞA Sığorta” şirkəti Telesatış operatoru üzrə vakansiya elan edir! 


 Biz, Azərbaycan dilində sərbəst danışan, yüksək səviyyədə ünsiyyət bacarığı olan və bu bacarığı telefonla satışda tətbiq etməyə həvəsi olan gəncləri axtarırıq.

Vəzifə və Öhdəliklər:

  • Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
  • Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
  • Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
  • Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.


Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
  • Dil bilikləri:
  • Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
  • Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
  • İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
  • Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
  • Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
  • Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi - 5 iş günü 9:00-dan 18:00-dək 
  • 3 ay Sınaq müddəti (bu müddət ərzində -təlim və əmək haqqı nəzərdə tutulub)
  • Əmək müqaviləsi

Özünü sınamaq istəyən hər kəs CV-sini mövzu bölümündə Telesatış operatoru yazaraq hr@asankadr.az  elektron poçt ünvanına göndərər bilər.

Son müraciət tarixi: 30 yanvar, 2020-ci il.

"Satış kanalları üzrə assistent" vakansiyası.

Vəzifə və Öhdəliklər:

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
  • Şirkətə müraciət edən müştərilərə mövcud QSWI-31 Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;
  • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
  • Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;
  • Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi;
  • Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.


Bilik və bacarıqlar:

  • Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
  • Əmlak satışı istiqamətində çalışan namizədlərə üstünlük verilir.
  • Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək  bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;   
  • Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir. 
  • Satış sahəsi üzrə təcrübəsi olan namizədlər (xüsüsən sığorta sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)

Son müraciət tarixi: 30 yanvar, 2020-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi hr@asankadr.az ünvanına göndərin. 

Son müraciət tarixi: 17.01.2020