İşçilərdən tələb olunan 8 şəxsi keyfiyyət

  • #Rubrika
asan kadr news

İşə baş vurmuş namizədlərin təbii istəklərindən biri həmin müsahibədən uğurla keçməkdir. Bunun üçün namizədlər işə götürənin hansı şəxsi keyfiyyətlər axtarışında olduğunu bilərək öz şanslarını artıra bilərlər. Məhz bu məqalədə sizinlə həmin şəxsi keyfiyyətləri bölüşəcəyik.

1. Ünsiyyət bacarıqları - elə bir bacarıqdır ki, istənilən işə götürən tərəfindən namizədlərdən tələb edilir. Uğurlu kommunikasiya hər bir işin əsas aspektidir. İnsanın yaxşı dinləyici olması, həm də işlədiyi sahədən asılı olmayaraq məlumatı yazılı və şifahi şəkildə səmərəli formada çatdıra bilməsi son dərəcə əhəmiyyətlidir. İş axtaran şəxs  onlayn, ya telefon vasitəsilə və ya yazılı şəkildə müştərilər, idarəçilər və işçilərlə səmərəli əlaqə qurma bacarığına sahib olmalıdır.

2. Analiz/ Araşdırma bacarığı- Bu bacarıqlar, ilk növbədə, insanın hər hansı vəziyyəti qiymətləndirmək, bir sıra perspektivlər axtarmaq, lazım olduqda məlumat toplamaq və həll edilməli olan əsas problemləri müəyyən etmək qabiliyyətinə aiddir. İş axtaran şəxs yüksək analitik düşüncə sahibi olmalıdır və eyni zamanda mürəkkəb olan iş proseslərinin müəyyənləşdirilməsi, araşdırılması, təkmilləşdirilməsi və nizamlanması üçün istedad nümayiş etdirməlidir. 

3. Bir neçə mühim işlərin idarəedilməsi /Adaptasiya bacarıqları/ Elastiklik XXI əsrin ən önəmli tələblərindən biri işçinin bir sıra işləri eyni anda idarə etmək bacarığıdır. Bu bacarıq sayəsində qısa zamanda daha produktivliyə nail olmaq olar.

4. Liderlik bacarıqları - Könüllü şəkildə öz üzərinə daha çox məsuliyyəti götürən və nəticəyə köklənmiş şəxslərə müasir əmək bazarında xüsusi tələb var. Liderlik bacarıqlarını daima özündə inkişaf etdirən, yeniliyə meyilli əməkdaşlara daha çox üstünlük verilir, nəinki bir neçə il sonra staqnasiyaya uğrayacaq şəxslərə. 

5. Müsbət davranış/Motivasiya – İşə qarşı münasibət önəmli aspektlərdən biridir. Məhz münasibət sizin pozitiv və ya neqativ, passiv və ya aktiv düşüncəyə və həyat tərzinə sahib olmağınızın göstəricisidir. Passiv və neqativə köklənmiş işçi daha çox problemləri görəcək, şikayət edəcək və onun həll yollarını axtarmayacaq. Daima yüksək motivasiyada olan əməkdaş isə sizin şirkətin problemlərini həll etməyi özü üçün müsbət sınaq kimi qəbul edəcək və həmin sınaqdan ən yaxşı xüsusiyyətləri özünə götürəcək. 

6. Komandada işləmə bacarığı dedikdə, ortaq bir məqsədə nail olmaq üçün bir qrup insanın birgə fəaliyyəti başa düşülür. Mühasiiblər çalışırlar ki, digər əməkdaşlarla yaxşı fəaliyyət göstərə biləcək namizədləri işə götürsünlər. Çünki, bu bacarığa sahib olan insanlar təşkilatın korporativ mədəniyyətinə daha tez şəkildə uyğunlaşa biləcəklər. 

7. Yaradıcılıq / problemi həll etmə bacarığı- İş mühitində hansı fəaliyyət sahəsində asılı olmayaraq problemləri effektiv həll edə biləcək bir namizəd dərhal önə çıxır və fərqlənir. Bu baxımdan işə götürənlər şirkətin gələcəkdə qarşılaşacağı problemlərin qarşısını almaq üçün yenilikçi, yaradıcı namizədlərə üstünlük verirlər. 

8. Özünə inam – İnsanın bir fərd kimi formalaşması üçün lazım olan ən mühüm keyfiyyətlərdən biri də özünə inamdır. Müsahibə zamanı namizəd daima öz bacarıqlarına güvənməli, işə götürən şəxsi öz sahib olduğu bacarıqlara inandırmalıdır.