Yerli reklam agentliyi olan ENDORPHİN şirkəti Ukraynada mükafata layiq görülüb

  • #Rubrika
asan kadr news

Dünyanın hər yerində sürətlə yayılan COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün “Endorphin” reklam agentliyi faydalı bir layihə irəli sürdü. Agentlik,  “Rabitəbank” üçün kağız pul dövriyyəsinin azaltmaq və insanları online ödəniş etmək üçün posterlər hazırladı.Və bu faydalı addımın qarşılığında Endorphin reklam agentliyinə mükafat təqdim edildi.

Çıxışı zamanı “Endorphin” şirkətinin icraçı direktoru Fərhad Şabanov qeyd etmişdir:

– Dəqiq, lakonik və sadə tərkibə malik olan posterlər sosial mediada paylaşıldığı gündən etibarən lokal və qlobal səviyyədə böyük əks-səda doğurdu. Posterlər Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Yaponiya, bir çox Avropa, Afrika və Latın Amerikası ölkələrinin marketinq platformalarında paylaşılıb. Bu paylaşılan posterləri reklam dünyasında Azərbaycan adına atılan böyük addım hesab etmək olar.

Onu da qeyd etmək lazımdır ki, hər il keçirilən Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) Endorphin reklam agentliyinin hazırladığı bu poster seriyası 5 mükafatla geri dönüş etmişdir.