18 oktyabr dünya tarixində

  • #Rubrika
asan kadr news
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yaradıldı.
Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 18 oktyabr hər il milli müstəqillik günü olaraq qeyd edilir.
Gəlin Azərbaycan tarixində bu qədər önəmli olan bu gündə dünya tarixində hansı əlamətdar hadisələr olub ona birlikdə nəzər yetirək. 
1867 — Amerika Birləşmiş Ştatları Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın aldı.
1892 — Çikaqo və Nyu-York arasında ilk uzunməsafəli telefon xətti quruldu.
1912 — İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişi imzalandı.
1967 — SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyası Veneranın səthinə endi.
2007 — Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Bənazir Bhuttoya qarşı həyata keçirilən partlayış 140 nəfərin həlak olması, 400 nəfərin yaralanması ilə nəticələndi. Bhutto özü hadisədən salamat qurtardı.