Karyera hədəflərini inkişaf etdirməyin 9 yolu

  • #Rubrika
asan kadr news

1. Mütəmadi olaraq özünüz üçün kiçik hədəflər müəyyən edin

Hədəflərinizi müəyyən edərkən ilk növbədə zaman faktorunu nəzərə almaq lazımdır. Məsələn, bir il kifayət qədər uzun müddətdir. Buna görə də hədəflərinizi kiçik hissələrə ayırmaq daha məsləhətlidir. Gündəlik məşğul olduğunuz işləri düşünün. Onları daha da inkişaf etdirmək üçün nə edə bilərsiniz? Bu inkişafı təmin etmək üçün öyrənə biləcəyiniz hansı bacarıqlar var? Bir az bu barədə düşünün və sonra “məqsədlər siyahısı” tərtib edin. Bu siyahıda olan hədəflərə çatmaq üçün özünüzə bir müddət təyin edin. Müddətin sonuna çatdıqda özünüzə qiymət verin. Bu çox yaxşı işləyir.

2. Komfort zonanızdan çıxın

Karyerasında uğur qazanan insanlar hamısı təkid edirlər ki, müvəffəqiyyət qazanmaq üçün komfort zonasını tərk etmək lazımdır. Boş vaxtlarınızda seminarlarda, təlimlərdə iştirak edin, təcrübə proqramlarına baş vurun. Özünüzü daim inkişaf etdirməyə çalışın.

3. İş müsahibələrindən sonra özünüzü qiymətləndirin

İstənilən iş müsahibəsindən sonra müsbət və çatışmayan cəhətləriniz haqqında fikirləşin. Çatışmazlıqlarınızı müəyyən etdikdən sonra onların üzərində işləyin.

4. Gördüyünüz işləri mütəmadi olaraq qeyd edin

Gördüyünüz bütün işləri hansısa bir faylda saxlayın və ya Google Calendar-dan istifadə edə bilərsiniz. Qeyd etdiyiniz  fəaliyyətinizi mütəmadi olaraq yoxlayın. Bu həm sizə gördüyünüz işləri unutdurmayacaq, həm də özünüzü cari zamanda keçmişdəki vəziyyətinizlə müqayisə etməyə imkan yaradacaq. 

5. Öz sahənizlə yaxından maraqlanın

Öz sahənizdə fəaliyyət göstərən şirkətlərdə təcrübə toplamağa çalışın. Bu sahədə baş verən dəyişikləri mütəmadi olaraq izləyin. 

6. Oxuyun

Öz sahənizə uyğun kitablar oxuyun, bloqları və xəbərləri daim izləyin. Bu sizi sahənizlə bağlı çox məlumatlı biri edəcək. 

7. Şəbəkə qurun

Təcrübə keçdiyiniz yerlərdə özünüzə mütləq sizi tövsiyyə edəcək insanlar tanıyın. Bu çox önəmlidir. Eyni zamanda özünüzə “Linkedln” hesabı açın. Şəbəkə qurmaq üçün çox köməyi olacaq.

8. Özünüzə mentor təyin edin

Sahənizdə mütəxəssis olan birini özünüzə mentor seçə bilərsiniz. O şəxs sizə uğurlu karyera qurmaq üçün lazım olan yolu necə keçəcəyinizi öyrədəcək.

9. Həmişə dinləyin

Mövcud vəziyyətiniz sizi nə qədər xoşbıxt etsə də yenə də digər fürsətləri dinləməyə və öz sahənizdəki yeni insanlarla münasibət qurmağa hər zaman açıq olun. Bu əlaqələr mütləq gələcəkdə sizə fayda verəcəkdir.