
Türkiyəli mütəxəssis Ahmet Salim Bilgin ASAN könüllüləri ilə Gələcəyin peşələri barədə danışacaq!
Boğaziçi Universitetinin Elektrik mühəndisliyi üzrə təhsil alan Ahmet Bilgin uzun illər neft-qaz sektorunda beynəlxalq şirkətlərdə mühəndis olaraq çalışıb. Sonralar isə süni intellekt texnologiyalarını maliyyə və biznes sahəsinə tətbiq etməyi planlaşdıran FinBrain Technologies şirkətini yaratmış və bu sahədə innovativ fikirlərini həyata keçirməyə başlamışdır. Həmçinin innovativ texnologiyaların tibb sahəsinə də tətbiqini nəzərdə tutan Deep Diagnosis adlı təşəbbüsün də müəllifidir.
Webinarda müzakirə ediləcək mövzular:
Mövzu başlıqları | Müzakirə |
Süni intellekt nədir? | İnsan beynindəki düşünmə mexanizminin kompüterə ötürülməsi |
Gələcəyin texnologiyaları | AI, Industry 4.0, Big Data, Electric Vehicles, Self Driving Cars, 5G, Kiber təhlükəsizlik |
TOP Şirkətlər/10 il əvvəl və indi | EXXON, Chevron, Shell / Apple, Tesla ,Amazon, Facebook, Google |
Neft, qaz dövründən texnologiya dövrünə keçid | Gələcəkdə bizi nələr gözləyir? |
Entreprenuership(sahibkarlıq) | Sahibkarlığa ümumi baxış, zidiyyətli anlar. Sahibkarlıqda innovasiya və yaradıcılıq |
Görüşdə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilər: