Həftənin vakansiyaları

  • #Vakansiya
asan kadr news

1. Bolt Azerbaijan şirkətində Müştəri xidmətləri təmsilçisi vakansiyası

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Platformaya daxil olan müraciətlərin, sualların vaxtında və düzgün cavablandırılması;

• Müştərilərə proqramın istifadə qaydası, şərtlər və qaydalar haqqında biliklərin ötürülməsi;

• Müştərilərin şikayət və təkliflərinin qəbul edilib araşdırılması və həlli;

Namizədə tələblər:

• Yaş həddi 21-25;

• Ali və ya orta ixtisas təhsilinin olması;

• Yüksək ünsiyyət qabiliyyətinin olması;

• Kollektivdə işləmək bacarığı;

• Səbrli və mehriban olması;

• Azərbaycan, Rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması, İngilis dili üstünlükdür. (Rus dili biliyi vacibdir);

• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;

• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq;

• Xanım namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini naim@bolt.eu elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur.

2. Bank Respublika ASC-də “IOS Developer” vəzifəsi üzrə vakansiya

Şəhər: Bakı

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• IOS SDK platforması və Swift proqramlaşdırma dili üzrə biliklər;
• RESTful APİ və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
• GİT ilə sərbəst işləmə bacarığı;
• APP Store üzrə “guideline” bilikləri arzuolunandır;
• JavaScript,TypeScript, Angular, HTLM, CSS bilikləri arzuolunandır.
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IOS Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

3. “ABB” ASC Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə “Mühafizəçi” vakansiyası

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
• Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
• Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi;
• Yanğın mühafizə sistemlərinə nəzarət;
• Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
• Bankın inzibati binasının mühafizəsinin təşkili

Vakant vəzifə üzrə tələblər:

• Minimum texniki peşə təhsil;
• Mühafizə sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);
*Hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir

Davranış səriştələri:

• Ünsiyyət bacarığı;
• Detallara diqqət;
• Məsuliyyətli və intizamlı;
• Komanda işi

Bu iş sizə nələri qazandıracaq:

• Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
• Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
• Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
• Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az

4. “Melissa Group”-da “Marketinq və PR üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya

İş qrafiki: 09:00 – 18:00
Şəhər: Bakı 

Vəzifə təlimatları:

• Press-relizlərin yazılması, video və audio reklam çarxları üçün mətnlərin yazılması;
• Sosial media hesablarında paylaşılması üçün yaradıcı marketinq mətn və reklam sloqanlarının, məqalələrin hazırlanması, mövcud mətnlərin redaktə edilməsi;
• İnternet və sosial şəbəkələr haqqında gündəlik məlumatların toplanması; aktual mövzuların izlənməsi və onlara uyğun yaradıcı məzmunların hazırlanması;
• Korporativ sayt üçün kontentlərin yazılması;
• PR kanallarının düzgün seçilməsi;
• PR və reklam işlərinin aparılmasında iştirak olunması;
• Mətbuatla (yerli reklam firmaları, jurnal və e-qəzet, o cümlədən ictimai media ilə) əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
• KİV-ə və ictimaiyyətə təqdim edilməsi üçün mətnlərin hazırlanması;
• Şirkət və məhsulları haqqında məlumatların hazırlanması;

Namizədə dair tələblər:

• Müvafiq sahədə təhsilin ali və ya magistr dərəcəsi;
• PR və marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi
• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• İnternet və sosial şəbəkələr haqqında məlumatlı olmalı;
• Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində ilkin biliklər;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Səlis və aydın nitqi, fikrini düzgün ifadəetmə qabiliyyəti;
• Səbrli və məsuliyyətli olmalı;
• Yaş həddi: 23-35.

CV-lərinizi hr@melissagroup.az ünvanına "marketinq mütəxəssisi" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

5. “Xurcun” mağazalar şəbəkəsində “Mühasib” vəzifəsi üzrə vakansiya

Əmək haqqı: Razılaşma yolu ilə
Şəhər: Bakı

İşin təsviri:

•Günlük kasssa işlərinin görülməsi: kassa mədaxil və kassa məxaric orderinin yazılması, kassa hesabatlarının hazırlanması;
• Anbar sənədlərinin işlənilməsi- mal alışı vı mal satışının 1C proqramına daxil edilməsi ;
• Aylıq inventarizasiya sənədlərinin işlənilməsi;
• Tədarükçü firmalarla üzləşmə aktlrının hazırlanması;
• Günlük stoka- anbar giriş və çıxışına nəzarət edilməsi;
• 1C proqramında əmək haqqı hesablanması və ödənilməsi;
• Əsas vəsaitlərin alışı, istifadəyə verilməsi və bununla bağlı hesabatların izlənilməsi;
• Ay sonu hesabatlar: mənfət-zərər və balansın çıxarılması;

Tələblər:

•Müvafiq sahə üzrə Ali və riyazi təhsil;
• Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi ;
• Mühasibatlığın əsasları- nəzəri və praktiki biliklərə sahib olmalı;
• 1C 8.3 (rus) versiyasını bilməli;
• MS Office proqramlarında işləmək bacarığı, xüsusilə də yaxşı səviyyədə Excell biliyi olmalı;
• Ünsiyyət qurmaq, məntiqli və təhliletmə qabiliyyətinə malik olmalıdır.

İş qrafiki:

•Bazar ertəsi – Cümə: 09:00 - 18:00
• Şənbə: 09:00-13:00

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini hr@xurcun.az ünvanına göndərə bilərlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərin CV-nə baxılacaqdır.

5. Bank of Baku-da “Xidmət bölməsinin kiçik eksperti” üzrə vakansiya

Əsas vəzifə və öhdəliklər:

• Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi

• Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi

• Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması

• Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları:

• İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil

• Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)

• MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı

• Yüksək ünsiyyət bacarığı

• Yaradıcı və analitik düşüncə tərzi

• Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri:

• İş yeri: Bakı filialları

• İş vaxtı: 5 iş günü, 09:00-18:00

CV formamızı doldura və ya CV-ləri mövzu bölməsində Xidmət bölməsinin kiçik eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

6. Roof Academy-də “İngilis dili müəllimi” vakansiyası

Şəhər: Bakı

Vəzifə və öhdəliklər:

• Tələbələrə sinif mühazirələrini təşkil etmək;

• Sini işlərini və tapşırıqlarını qiymətləndirmək;

• Ev tapşırıqları və dərsliklər hazırlamaq;

• Dərsə davamiyyət və aktivliyinin qeydiyyatını apamaq;

• Müxtəlif dərs metodlarından istifadə etməklə dərslərin daha interaktiv keçməsi təmin etmək.

Tələblər:

• Minimum bakalavr dərəcəsi ( cari və məzun);

• Minimum strong Intermadiate səviyyədə İngilis dili biliyi;

• Vəzifə üzrə minimum 1 il iş və pedaqoji təcrübə üstünlükdür;

• IELTS, TESOL, TKT sertifikatlarının olması üstünlükdür.

Təkliflərimiz:

• Full-time və ya Part-time iş imkanı;

• Performans yönümlü əmək haqqı;

• Şəxsi və peşəkar inkişaf proqramları ( məsələn: IELTS, TESOL, TKT sertifikatları)

•Yüksək motivasiyalı komanda ilə işləmək imkanı.

Maraqlı şəxslər electron poçtun Mövzu yerinə “ İngilis dili Müəllimi” qeyd edərək öz CV-lərini “ talent@roofat.az “ e-mail ünvanına göndərmələri xahiş olunur.

7. Brand Credit şirkətində “ Kredit mütəxəssisi” vakansiyası

İş barədə məlumat:

• Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir;

• Birbaşa marketinq və satış funksiyalarını həyata keçirir;

• Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;

• Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır v müvafiq təkliflər hazırlayır;

• Kredit portfelinin keyfiyyətinə nəzarət edir;

• İş qrafiki: Bazar ertəsi- cümə, şənbə bazar istirahət günləridir.

• İş saatları: 09:00-dan 18:00-dək

Namizədə tələblər:

• Ali təhsil;

• Oğlan namizədlər;

• Yaş həddi: 19-30;

• Azərbaycan dilində səlis nitq qabiliyyəti;

• Kredit sahəsi üzrə 1 ildən yuxarı təcrübə;

• Məntiqi düşünmək qabiliyyəti;

• Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti;

• Müştərilərlə ünsiyət qurmaq bacarığı;

• Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər mövzu yerində “Kredit mütəxəssisi” yazmaqla öz CV-lərini Pervin.mrzeyeva@brandcredit.az electron poçt ünvanına göndərə bilərlər.