Göygöl Təhsil Mərkəzi vakansiyalar elan edir!

  • #Vakansiya
asan kadr news

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial-Gəncə, 2 filial-Göygöl, 1 filial-Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

Təklif etdiyimiz vakansiyalar:

Marketinq Mütəxəssisi
İş yeri: Gəncə şəhəri

Əmək haqqı: Müsahibə əsasında (Bazar rəqabətinə uyğundur)

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri
- Yeni və mövcud layihələr üzrə marketinq planlanlarının işlənilməsi və həyata keçirilməsi; 

- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyaları və tədbirlərinin koordinasiyası;
- Şirkət brendinin gücləndirilməsi və imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək.

Namizədə tələblər:
✅ Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
✅ Marketinq, satış və sosial tədqiqatlar sahəsində iş təcrübəsi
✅Analitik düşüncə tərzi, kreativlik təşəbbüskarlıq, müstəqillik, məsuliyyət
✅Marketinqin üsulları və strategiyalarını üzrə bilik;
 
Vakansiyaya müraciət üçün rezümeləriniz 24.02.2020-ci il tarixinədək “Marketinq” başlığı ilə senan.isayev.gtm@gmail.com mail ünvanına göndərməyiniz xahiş olunur.

Ofis meneceri – 4 ştat
İş yeri: Filiallar üzrə (Gəncə-1,Göygöl-2,Şəmkir-1)

Əmək haqqı: Müsahibə əsasında (Bazar rəqabətinə uyğundur)

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri
- Şirkətdaxili proseslərin tətbiqinə nəzarət etmək;
- Filial direktorunun bütün fəaliyyətlərində yardımçı olmaq, yeni açılacaq filiallar üzrə direktor vəzifəsinə uyğunluq üçün öz üzərində çalışmaq;
- Müəllim, tələbə və valideyn münasibatlərinin tənzimlənməsi;
- Şirkət və xidmətlər haqqında məlumatlı olmaq, yarana biləcək sualları dolğun cavablandırılmaq.

Namizədə tələblər:
✅ Ali təhsil;

✅ 1 ildən çox iş təcrübəsi (idarəetmə, təhsil sahaləri üzrə olması üstünlükdür);
✅ Komputer bilikləri (MS Office,çap avadanlıqlarından istifadə)
✅ Kollektivdə işləmək bacarığı,diqqətlilik.
 
Vakansiyaya müraciət üçün rezümeləriniz 24.02.2020-ci il tarixinədək “Marketinq” başlığı ilə senan.isayev.gtm@gmail.com mail ünvanına göndərməyiniz xahiş olunur.

Təşkilati işlər üzrə müavin – 5 ştat
İş yeri: Filiallar üzrə (Gəncə,Göygöl,Şəmkir)

Əmək haqqı: Müsahibə əsasında ( Bazar rəqabətinə uyğundur)

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri
- Şirkət məqsədlərinə uyğun müəyyən tədbirlərin layihə, plan və müvafiq ssenariyalarının hazırlanması və həyata keçirilməsi;
- Bazarı araşdırmaq, tədbir imkanlarını müəyyənləşdirmək və təlabata uyğun maraq yaratmaq;
- Təşəbbüsləri və layihələri Şirkətin işçilərinə,mövcud və potensial müştərilərinə uğurla çatdırılmasını təmin etmək;
- Şirkət brendinin tanıtmaq və satışını təşviq etmək məqsədilə digər təşkilatların təşkil etdiyi müvafiq görüş və tədbirlərdə iştirak etmək.

Namizədə tələblər:

✅ Kommunikasiya, ünsiyyət və fikrini düzgün ifadəetmə qabiliyyəti;;

✅ Kreativlik, təşkilatçılıq və yüksək icraçılıq bacarığı;

✅ Ali təhsil (Jurnalistika,Sosial elmlər və iqtisadi yönümlü ixtisaslar) üstünlükdür;;

✅ Müvafiq sahələr üzrə iş təcrübəsi üstünlükdür;

Vakansiyaya müraciət üçün rezümeləriniz 24.02.2020-ci il tarixinədək “Marketinq” başlığı ilə senan.isayev.gtm@gmail.com mail ünvanına göndərməyiniz xahiş olunur.