Jack Ma’dan ilham verən 10 sitat

  • #Rubrika
asan kadr news

O həyatında ilk dəfə bir kompüter görəndə toxunmadı çünki bahalı olduğu üçün əgər zərər verərsə ödəyə bilməyəcəyini düşündü. Ancaq zaman onu bir internet milyarderinə çevirdi. Sıfırdan zirvəyə uzanan bir uğur hekayəsinə sahib olan Alibaba ve AliExspres’in qurucusu Jack Ma’nın ilham verəcəyi 10 məsləhəti:


  • Əsl uğursuzluq, heç bir şey etmədən oturmaqdır.
  • Uğurun yeganə şərti səmimi, qətiyyətli və çalışqan olmaqdır.
  • Rəqibinizdən öyrənməlisiniz, amma onu heç vaxt yamsılamayın, çünki həmin anda yoxa çıxacaqsınız.
  • Əsl sahibkarın heç vaxt düşmənləri olmur. Rəqiblərinizi düşmən olaraq görməyin, çünki onlardan qazanacağınız çox şey var.
  • Rəqabət şahmata bənzəyir. Yalnız bir oyunda məğlub olmağınız o demək deyil ki, digərində balansı dəyişə bilməzsiniz.
  • Dünya nə danışdığınızla deyil, nə həyata keçirdiyinizlə maraqlanır.
  • İş həyatında müştəriləriniz hər zaman birinci yerə, işçilərinizi isə 2-ci yerə; tərəfdaşlarınızı və səhmdarlarımızı 3-cü yerə qoyun.
  • Rəqibləriniz sizdən daha kiçik və zəif olsa belə, onları heç vaxt aşağı qiymətləndirməyin. Bu səhvi etmək əvvəldən itirməyi qəbul etməkdir.
  • Sevilmək istəmirəm. Hörmətli olmaq istəyirəm.
  • Hər kəsin fikirlərini bir araya gətirə bilməzsiniz. Ancaq hər şeyi bir məqsəd üçün bir araya gətirə bilərsiniz.