Xəbərlər və yeniliklər
“Yaşıl ASAN” təşəbbüsü
02.03.19

Yaşıl ASAN təşəbbüsü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi(bundan sonra Dövlət Agentliyi), IDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin  birgə təşkilatçılığı ilə respublika ərazisində kağız tullantılarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək məqsədi ilə 1 may 2015-ci il Dövlət Agentliyi tərəfindən“Yaşıl ASAN” təşəbbüsü irəli sürülmüşdür.  

Layihə çərçivəsində, həmçinin “Azersun” şirkəti tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilmişdir.

“Yaşıl ASAN” təşəbbüsün əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi, sağlam həyat tərzinin  və ətraf mühit mühafizəsinin təşviq edilməsidir. Təşəbbüs tərəfindən kağız tullantıların toplanmasına, o cümlədən, ətraf mühitin mühafizəsinə həsr olunmuş müxtəlif aksiyalar, seminarlar, layihələr və təlimlər təşkil olunmuşdur. Bu təşəbbüs ümümilikdə 1000 tondan çox kağızı təkrar emala cəlb etmişdir. Bakı şəhər və region məktəblərində 211 məktəbdə görüş keçirilib və 7473 vətəndaş maarifləndirilib. 1340 fəal könüllü sertifikat və təşəkkürnamə ilə mükafatlandırılıb. Zavod və müəssisələrə 27 ekskursiya təşkil edilib.  Könüllülərə ekspertlər tərəfindən 60 və “Yaşıl ASAN” təşəbbüsün komandası tərəfindən 454 ekoloji təlim keçirilib. Qeyd edək ki, 141 məntəqəyə (Bakı və regionlarda) kağız tullantıların toplanması üçün qutular yerləşdirilmişdir.

Fəaliyyət:

“Yaşıl ASAN” təşəbbüsü ekoloji layihələri idarəedilməsi istiqamətində fəaliyyət göstərir.

Bu günə kimi 200 dən çox aksiya, tədbir və layihə həyata keçirilmişdir.

“Yaşıl Dağ” sosial aksiyası

 

IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Yaşıl dağ” sosial aksiyası  Bakı, Sumqayıt, Bərdə və Sabirabad regionlarında keçirilib. Aksiya çərçivəsində 200 tona yaxı kağız tullantısı toplanmışdır.

“Sahibsiz heyvanlara qayğı göstərək!” adlı aksiya

Sahibsiz heyvanlara qayğı göstərmiş, yuvalarını dezinfeksiya etmiş və iməclik keçirilir.

“Bir ovuc yem” layihəsi 2016 - 2018

Bakı, Masallı və Gəncə şəhərlərində “Bir ovuc yem” adlı təqdimatını həyata keçirilmişdir. Təqdimatda ASAN könüllüləri tərəfindən quş yuvaları ilə yanaşı məişət tullantısı sayılan plastik qablardan yem qabları hazırlanaraq ağaclardan asılmışdır.

Beynəlxalq sahilyanı Təmizlik günü 2015-2018

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Coca-Cola” şirkəti, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsüvə digər təşkilatların təşkilatçılığı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə birgə həyata keçirilən ölkənin ən genişmiqyaslı Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Bilgəh çimərliyi ərazisini məişət tullantılarından təmizlənməsi üzrə genişmiqyaslı aksiyada 700-dək könüllü iştirak edib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Aksiyanın sonunda könüllülər üçün əyləncəli proqram təşkil edilib.

“Yaşıl incəsənət” sərgisi 2016-2018

 

Bakıda artıq 2 dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənovanın “Yaşıl İncəsənət” rəsm sərgi-müsabiqəsi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir.

Tədbirdə sərgilənmiş mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən rəsmlərdən əsəri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı rəsm və 15 fərqlənən əsərinin müəlliflərinə xüsusi diplom və pul mükafatları təqdim edimişdir

“Yaşıl Təfəkkür” layihəsi 2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Ekoloji Analitik İnformasiya Agentliyin (ECORES) birgə təşkilatçılığı ilə “Yaşıl Təffəkür” layihəsi baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi uşaqlar vasitəsi ilə valdeyinlər və onların çevrələrində yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilər hazırlandıqdan sonra həmin gənclər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması barədə təlimlər keçirildi. Təlimlər 2016-cı il 4,5,10,11,17,18, və 24 dekabr tarixlərində keçirilmişdir.

"Yaşa Azərbaycan" festivalı

Füzuli rayonunun Horadiz şəhərində keçirilmiş 28 May Respublika Gününün 99-cu il dönümünə həsr olunmuş "Yaşa Azərbaycan" festivalı çərçivəsində “Yaşıl ASAN” təşəbbüsü “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə məktəblilərə təlim keçirilmişdir, ağacəkmə aksiyası baş tutmuşdur. Təlim cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işi artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.

Yoga- sağlam və gənc qalmağın asan yolu !

 

“İlkin Tibbi Yardım” praktiki-təlimi

“ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü və “Sağlam Ailə” Tibb Mərkəzi birgə təşkilatçılığı ilə “İlkin Tibbi Yardım” praktiki-təlimi.İlk tibbi yardımın məqsədi həyati təhlükəni ortadan qaldırmaq, həyati funksiyaların davam etdirilməsini təmin etmək,xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək və yaxşılaşmanı asanlaşdırmaq.

Ağacəkmə aksiyaları

Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib. Gəncə "ASAN xidmət" mərkəzinin "Yaşıl ASAN"-çıları tərəfindən 200-ə yaxın şam ağacı tərfindən əkilmişdir.

15 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə keçirilən payız ağacəkmə aksiyasında ümumilikdə 5000 -ə yaxın müxtəlif cinsli ağac əkilib.     

"Yer Saatı" - Earth Hour 2016-2018 sosial aksiyası

Hər il dünyada milyonlarla insan bir araya gələrək bununla hamını iqlim dəyişikliyi probleminə diqqətin yönəldilməsi məqsədilə bir saatlıq işıqları və digər həyat üçün vacib olmayan elektrik qurğularını söndürməyə çağıran bu aksiyaya ilk dəfə olaraq “ASAN xidmət” mərkəzləri qoşulmuşdur. “Yaşıl ASAN” təşəbbüsü ilə Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edir.

“Bakı Piknik Festivalı” 2018

27-28 iyul 2018-ci il tarixlərində ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsünün təşkilatçılığı və "Tamiz Shahar" JSC, Coca-Cola, The Sailing Federation of Azerbaijan, Sevimli Bala, Bakı Nəqliyyat Agentliyi və Amapola Exclusive Events-in birgə dəstəyi ilə Böyük Şor Gölü Parkı-Bulvarındə "Bakı Piknik Festivalı" keçirilib. Tədbirdə 1000 mində çox vətəndaş iştirak edib.

"Bakı Piknik Festivalı" məqsədi insanların təbiətlə daha yaxın təmasda olması və piknik mədəniyyətinin formalaşmasını təbliğ etməkdir.

Əcnəbi könüllülər 2017 -2018

2017 və 2018 ci illər də Böyük Britaniya, Serbiya, Niderland, Pakistan, Çin, Hindistandan, Qazaxıstan, Türkiyə, Əlcəzair, Tayland və  Honkonq kimi ölkələrdən gələn əcnəbi gonaqlar “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak ediblər və könüllü fəaliyyətini başa vurublar.

Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” "Need of clean" layihəsi çərçivəsində keçirilmişdir

“Eko-memarlıq” layihəsi

Son illərin tendensiyası olan ekoloji memarlığın əsas hədəfi bərpaedilən enerji qaynaqlarından istifadə edərək ətraf mühitə ən az zərər verəcək şəkildə binaların inşa edilməsidir, bu istiqamətdə töhfə vermək məqsədi ilə ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü tərəfindən “Eko Memarlıq” layihəsini irəli sürülmüşdür.

Layihə 10 təlimdən ibarətdir, layihənin sonunda gənclər “Eko-memarlıq” mövzüsunda təqdimatlar hazırlayacaqlar, 3 ən yaxşı təqdimat layihənin bağlanış mərasimində qonağ tikinti şirkətlərin əməkdaşlarına təqdim olunacaq.

Qeyd edək ki, layihə ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsünün təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Bakı Ağ Şəhər layihəsi, "N-design group" birgə dəstəyi ilə keçirilir.

“Eko-şam ağacı” müsabiqəsi

2017-ci ildən ASAN könüllüləri arasında müsabiqə keçirilir.

Bakı və region “ASAN xidmət” mərkəzlərində kağız və ya müxtəlif tullantılarından ibarət şam ağacı qurulur yeni il ərəfəsində.

Eko-səməni” müsabiqəsi

2018-ci ildən Eko-Səməni müsabiqəsinə start verilib.

Təkrar emal oluna bilən tullantılardan kreativ səmənilər yaradılıb.

Kənd təsərüffatına dəstək

Region ASAN könüllüləri tərəfindən yerli sakinlərə pambıqçılıq, əkinçili və digər sahələrdə könüllülər tərəfindən dəstək göstərilir.

"Daha yaşıl illər üçün" yeni aksiya

“ASAN xidmət” “Daha yaşıl illər üçün” adlı aksiyaya başlayıb. Belə ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların bəzəməsi üçün fərqli şam ağacları quraşdırılıb. Xidmət aldıqdan sonra vətəndaşlar öz növbə biletlərini şam ağaclarının budaqlarına asacaqlar və aksiya iştirakçıları yaşıl gələcək üçün çağırış etmiş olacaqlar. Asılmış bütün kağızlar sonda təkrar emala qaytarılacaq.

10 yanvar 2019-cu il tarixinə qədər davam edəcək layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Xatırladaq ki, “ASAN xidmət”in "Yaşıl ASAN" təşəbbüsü çərçivəsində 1000 ton kağız təkrar emala qaytarılıb. Bu isə 17 min ağacın təbiətə qaytarılması deməkdir.

Veloturlar

Bakı və regionlarda mütəmadi olaraq veloturlar keçirilir.

Facebookda biz