Xəbərlər və yeniliklər
Dövlət vergi orqanlarında işləmək istəyən gənclərin nəzərinə!
18.02.19

Vergilər Nazirliyi  vergi orqanlarında çalışmaq istəyən potensiallı gəncləri işə qəbulla bağlı müsabiqədə iştirak etməyə çağırır.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər:

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

 

Üstünlük verilən namizədlər:

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

 

Sənəd qəbulu Vergilər Nazirliyinin internet səhifəsi vasitəsilə elektron qaydada aparılır.

Sənədlərin təqdim olunması üçün son tarix: 10 mart 2019-cu il.

Test imtahanının keçiriləcəyi tarix: 30 mart 2019-cu il.

Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birlikdə keçirilir və bu mərhələdə 70 və daha çox bal toplamış namizəd müsahibə mərhələsinə buraxılır.

Test imtahanında istifadə olunan tapşırıqların ədəbiyyat siyahısını və müsabiqə barədə daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz:

http://www.taxes.gov.az/modul.php?name=musabiqe&news=101

 

Facebookda biz