Xəbərlər və yeniliklər
Gömrük orqanlarına xidmətə qəbul
15.11.18

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində aparılan struktur dəyişiklikləri ilə əlaqədar Komitənin Bakı şəhərində və digər inzibati ərazi vahidlərində fəaliyyət göstərən gömrük orqanlarında vakansiyalar yaranmışdır. Bu vakansiyaların əksəriyyətində qadın gömrük əməkdaşlarına böyük ehtiyac yarandığını, eləcədə gömrük nəzarəti prosesində qadın əməkdaşlara hal-hazırda daha çox təlabat olduğunu nəzərə alaraq, Dövlət Gömrük Komitəsi 28.11.2018-ci il tarixdə gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. "Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin" tələblərinə cavab verən yalnız qadın namizədlər müsabiqədə iştirak edə bilərlər.

Müraciət etmək istəyən ASAN Könüllüləri CV-lərini hr@asankadr.az elektron poçt ünvanına göndərə bilərlər.

Facebookda biz