Xəbərlər və yeniliklər
Həftənin vakansiyaları
14.09.18

Telesatış mütəxəssisi (Telefonla satış)

Avand Technology”MMC /  Vahid çağrı mərkəzinə telesatış üzrə mütəxəssislər tələb olunur.

Vəzifənin təsviri:

Şirkətin bütün mövcud resurslarından istifadə edərək abonentlərə məhsul/xidmətləri ilə bağlı təmkinli şəkildə ətraflı məlumat təqdim etmək, müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək, eləcə də şirkətin xidmət və məhsullarının satışını həyata keçirmək.

Tələb olunan keyfiyyətlər:

- Ali təhsil (natamam ola bilər)
- Ünsiyyətcil
- Fikrini aydın ifadə etmək bacarığı
- Təmkinlik
- Səbr
- Stresədavamlılıq
- Yüksək satış bacarığı (iknaetmə qabiliyyəti)
- Problemlərin çevik və pozitiv həlletmə baçarığı
- Çox sayda informasiyayla operativ və analitik işləmə bacarığı

Kompüter bilikləri: MS Office 
Dillər: Azərbaycan və Rus dillərində sərbəst danışmaq mütləqdir.
Satış sahəsində təçrübə, teleşatış sahəsində təcrübə arzuolunandır.

Şərtlər:

Həftənin 5 günü, 10:00 – 19:00. 
Əmək haqqı – 300 manat + bonus.
Əmək Məcəlləsinə uyğun qeydiyyat.  

Tələblərə uyğun olmayan CV-lər baxılmayacaq.

CV-ləri resume@avand.tech ünvanına göndərə bilərsiniz. 

 

DDB Azerbaijan LLC

Layihələr üzrə direktor

Tələblər:

  • Təşkilati-idarəetmə, sənədləşmə və müştərilərlə işlərin idarə edilməsi sistemlər üzrə ilkin biliklər;
  • Biznesin idarə edilməsi və təşkili, mühasibat uçotu, maliyyə və kredit, marketing və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Yüksək təqdimat və inandırma bacarığı, stres altında çalışma bacarıqları, diqqətlilik, təşəbbüskarlıq və məsuliyyətlilik.

Vəzifələr:

  • Azərbaycan, Rus və İngilis dillərinin mükəmməl biliyi, hər üç dildə sərbəst ünsiyyət bacarığı, daimi inkişafa həvəs;
  • Korporativ və fərdi müştərilərlə əlaqə və potensial müştərilərlə iş;
  • Agentliyə müraciətlərin ilkin qəbulu və müştərilərin yüksək səviyyədə hərtərəfli məlumatlandırması;
  • Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması, ehtiyaclarının müəyyən edilməsi və müştərinin yönləndirilməsi;
  • Potensial müştərilərin cəlb edilməsi və onlarla əlaqələrin planlaşdırılması və həyata keçirilməsi;
  • Müştərilər üçün təqdimatların hazırlanması və keçirilməsi;
  • Müştərilər tərəfindən sifariş olunan layihələrin hazırlanması və icrası.
  • Yaradıcı departamentlə birgə çalışma, işin müştəriyə lazım olan istiqamətə yönəltdirmə.

Maraqlananlar məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-lərini info@ddb.az ünvanına göndərə bilərlər.

Azprint

Dizayner

Tələblər:

  • Adobe (Photoshop, Illustrator, InDesign) və mütləq CorelDRAW proqramını yüksək səviyyədə bilmək;
  • 3DS max da işləmə bacarığı;
  • Çap məhsullarının dizayn olunması;
  • Reklam materiallarının dizayn olunması;
  • Dil bilikləri yazılı / Azərbaycan, rus, ingilis;
  • Mətbəə və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi;
  • İşlərə kreativ yanaşma tərzi;
  • Ünsiyyətcil, məsuliyyətli və çevik olmalı;
  • Faylların çapa hazırlanması və işin gedişatını izləmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • İşində məsuliyyətli.

Vəzifələr:

  • Ofisdə işləmək;
  • Layihələrin dizaynını tərtib etmək;
  • Yeni modellərin yaradılması, müasir təlimatların tətbiqi və s. ;
  • Satış meneceri, istehsal şöbəsi və sifariş nəzarəti ilə daimi əlaqə;
  • Eskizlərin tərtibi;
  • Müştərilər haqqında, davam edən və tamamlanmış işlərin;
  • Gündəlik olaraq rəhbərliyə email vasitəsilə hesabatı;
  • İş saatı: 09:00-dan 19:00-dək. 6 gün;
  • İş yeri: Qarayev metrosunun yaxınlığı;
  • Mobil telefon;
  • Mobil xərclər şirkət tərəfindən ödəniləcək.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@azprint.az ünvanına göndərə bilərlər.

Miniso LLC

Satıcı-məsləhətçi

Əmək haqqı: 450 AZN

Tələblər:

  • Yaş: 22-35;
  • Təhsili: orta və ya ali;
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər;
  • Bu sahədə satış təcrübəsi olan namizədlər;
  • Düzgün nitq, azərbaycan və rus dillərini sərbəst bilməli;
  • Operativlik, dəqiqlik və məsuliyyətli;
  • Xoş görünüşlü, ünsiyyətçil;
  • Şirkətin nizam intizam qaydalarına riayət etməlidir.

Vəzifələr:

  • Mağazada satışın məsuliyyətli şəkildə həyata keçirməli;
  • Müştərilərin suallarını cavablandırmalı;
  • Satışda olan məhsullar haqda dəqiq məlumat toplanmalı.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@miniso.co.az ünvanına göndərə bilərlər.

Qafqaz NET LLC

Satış üzrə nümayəndə

Əmək haqqı: 500-600 AZN +bonus

Tələblər:

  • Ali təhsil;
  • Dil bacarıqları: Azərbaycan, Rus;
  • MS Office (Excel) proqramlarını mükəmməl bilmək;
  • 1C proqram təminatında işləmə təcrübəsi;
  • Satış və marketing üzrə minimum 1 il təcrübə;
  • Soyuq satışların aparılmasında təcrübə;
  • Müştəri yönümlü xidmət.

Vəzifələr:

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Rəhbərlik tərəfindən qoyulacaq aylıq və kvartal üzrə korporativ satış hədəflərinin yerinə yetirilməsi;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar (power point) həyata keçirməklə satışın təşkili;
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim olunması.

Maraqlananlar məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-lərini gulnura.aliyeva@qafqaz.net ünvanına göndərə bilərlər.

Velocis Solutions

Tərcüməçi

  1. Azərbaycan-İngilis, İngilis- Azərbaycan dilləri üzrə tərcüməçi
  2. İngilis-Rus, Rus- İngilis dilləri üzrə tərcüməçi

Tələblər:

  • MS Office mükəmməl bilmək;
  • Fikrini aydın çatdırmaq, yazılı və şifahi nitq qabiliyyəti;
  • Dəqiqlik, operativlik və yüksək tərcüməçilik qabiliyyəti;
  • Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmək;
  • Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarıqları;
  • Mühəndislik və Layihə Menecmenti mövzularına maraq göstərməli;
  • Azərbaycan Respublikası vətəndaşı olmalı.

Vəzifələr:

  • Elmi, texniki və başqa xüsusi ədəbiyyatları tərcümə etmək;
  • Xarici ölkələrin, idarə və müəssisələrinin yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların və s. materialları tərcümə etmək;
  • Mövzular üzrə, terminlər standartını, elmi və ədəbi redaktənin əsaslarını, dilin qrammatikasını və stilini bilmək;
  • Tərcümələrin tərkibi, mənanı və orjinal mətnin hisslərini özündə ehtiva etdiyinə əmin olmaq.

Maraqlananlar məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-lərini info@velocis-solutions.com ünvanına göndərə bilərlər.

Nurgun Group

Mühasib-operator (supermarket üzrə)

Əmək haqqı: 300 AZN

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat);
  • İş təcrübəsi;
  • Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C);
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı;
  • Yaş həddi 23-35 arası.

Vəzifələr:

  • Mağazaya daxil olan məhsulların qaimə və qəbzlərini sistemə daxil etmək, mühasibatlıq işlərini aparmaq;
  • Gündəlik və aylıq hesabatlar hazırlamaq.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@nurgun.az ünvanına göndərə bilərlər.

Libraff MMC

Satıcı-kassir

Əmək haqqı: 400-600 AZN

Vəzifələr:

LİBRAFF-ın 28 may metrostansiya yaxınlığında yeni açılacaq filialına işçilər tələb olunur

  • Filialın 24 saat açıq olacağını nəzərə alaraq gecə və gündüz növbəsində işləyə biləcək namizədlər axtarılır;
  • 12 saatlıq iş rejimi, 2 gün iş - 2 gün istirahət;
  • Libraff uniforması və gündəlik nahar şirkət tərəfindən verilir.

Tələblər:

  • Azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzu olunandır;
  • Satış sahəsində təcrübə;
  • Müştərilərlə işləmək bacarığı, stressə davamlılıq;
  • Dünyagörüşlü, kitabları sevən və ünsiyyətcil namizədlərə üstünlük veriləcək.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@libraff.az ünvanına göndərə bilərlər.

CasaMia

Satıcı

Əmək haqqı: 500-600 AZN

Vəzifələr:

  • Şəhərin böyük və nüfuslu mağazasında işləmə imkanı;
  • Satış xidmətinin yüksək səviyyədə təmin edilməsi;
  • Məhsulların seçilməsində müştəriyə köməklik;
  • Müştəriyə məhsulun brendi haqqında tanıtım;
  • İş saatı: 09:00-dan 20:00-dək;
  • Əmək haqqı və satdığı məhsuldan % (aylıq olaraq);
  • Nahar şirkət tərəfindən verilir.

Tələblər:

  • Ünsiyyətcil;
  • Aktiv;
  • Müştəri ilə ünsiyyət qurma bacarığı;
  • Kollektivlə işləmə bacarığı;
  • İşdə dəqiqlik;
  • Məsuliyyət;
  • Rus dili bilməsi vacibdir;
  • İş təcrübəsi vacibdir.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini office@casamia.az ünvanına göndərə bilərlər.

IDEA MMC

SMM Meneceri

Əmək haqqı: 500-700 AZN

Vəzifələr:

  • Azərbaycan və İngilis dillərində istehsal olunmuş mallar və layihələr haqqında sosial şəbəkələrdə dərc üçün materialların hazırlanması və yerləşdirilməsi;
  • Şirkətin saytında mütəmadi olaraq mətnlərin yenilənməsi, redaktələrin edilməsi və nəzarəti;
  • Sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi (facebook, instagram, twitter və s.);
  • Görülmüş işlər haqqında hesabatın hazırlanması;
  • İş qrafiki: 6/gün, 09:00-dan 18:00-dək;
  • İstirahət günü: bazar günü;
  • Nahar şirkət tərəfindən verilir.

Tələblər:

  • Kopirayter və SMM menecer olaraq iş təcrubəsi;
  • Dizayn bacarıqları;
  • Dil bilikləri: azərbaycan - əla, ingilis - əla;
  • Şəxsi keyfiyyətləri: işgüzar, məsuliyyətli, dinamiklik, səlis danışma və orfoqrafik yazı qabiliyyəti.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@idea.az ünvanına göndərə bilərlər.

MADO

Hostes

Əmək haqqı: 400-500 AZN

Tələblər:

  • Restoranda bir başa olaraq qonaq ilə əlaqə yaradan, qonaqı qarşılayan, restorana görə masalara gədər qonaqı aparan, lazım gəldikdə masaların bronlaşdırılmasını həyata keçirən, yemək və içki mövzusunda məlumata sahib olan, qonaq məmnuniyyəti və komandada işləməyi yüksək səviyyədə bacaran və vəzifə yerini nəzarət altınta tutan əməkdaşdır;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir;
  • Nahar yeməyi ilə şirkət tərəfindən təmin olunur;
  • 6 günlük iş qrafiki;

Vəzifələr:

  • Yaş: 22-30;
  • Azərbaycan, İngilis və Rus diillərinin biliyi;
  • Gülərüz və məsuliyyətli olmalıdır.

Maraqlananlar məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etməklə CV-lərini hr@mado.az ünvanına göndərə bilərlər.

Facebookda biz