Xəbərlər və yeniliklər
Natiqlik təlimləri
18.04.18

"ASAN kadr" karyera mərkəzi və Diksiya Akademiyası tərəfindən “Elə danış, heyran qalsınlar” NİTQ təlimi keçiriləcək.

Təlimçi Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. 2007-ci ildə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin “Jurnalistika” ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2010-cu ildə oranı “Fərqlənmə” diplomu ilə bitirib. 2002-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda “Azərbaycan” radiosunda (müxbir), "Azərbaycan" Televiziyasında (“Səhər” proqramı –aparıcı),  Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz televiziyasının “Xəbərlər” departamentinin rəhbəri, ANS televiziyasında “Salam, Azərbaycan” proqramının layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu “SAYGIN Coaching & Consulting” Fərdi İnkişaf Mərkəzinin məzunudur. 2015-ci ildə AMEA-nın MTRŞ ilə birgə televiziya və radio aparıcıları üçün təşkil etdiyi treninqdə trener olub. "İrəli” İctimai Birliyində, AKİB-in “Gənclər üçün müasir jurnalistika məktəbi”ndə, bəzi ali məktəblərdə, fərdi inkişaf mərkəzlərində seminar və təlimlər verib və fəaliyyətini davam etdirməkdədir. Sözügedən sahə ilə bağlı bir sıra diplom və sertifikat və nüfuzlu mükafatlarla təltif olunub.

Müraciət etmək üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/64HmUH

Təlimin keçirilmə yeri: Akademik Həsən Əliyev 36 küçəsində yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzi, 4-cü mərtəbəsi.

Təlim proqramı:

21 aprel, saat: 10.15 

Əsas ünsiyyət bacarıqlarının formalaşdırılması

  1. Komplekslərin aradan qaldırılması
  2. Çıxış həyəcanının azaldılması
  3. Söz ehtiyatının artırılması yolları

 

28 aprel, saat: 10.15 

Nitq qüsurlarının aşkarlanması və cilalanması

  1. Tələffüz xətalarının aradan qaldırılması
  2. Ağız tənbəlliyinin azaldılması
  3. Səs məşqləri

 

12 may, saat: 10.15 

İş görüşündə danışıq təlimi

  1. İş görüşünə peşəkar hazırlıq
  2. Özünü təqdimetmə mətninin hazırlanması və sərbəst söylənilməsi
  3. Ehtimal olunan 10 suala məntiqli cavabların hazırlanması

Facebookda biz