Xəbərlər və yeniliklər
İnsan resurslarının idarəedilməsi təlimi başa çatıb
07.03.18

23 fevral 2018-ci il tarixində "ASAN kadr" karyera mərkəzi və Gilan Holdinq-in "İnsan resurslarının idarəedilməsi” təlim proqramı başa çatıb.

5 gün davam edən proqramda Gilan Holdinq-in əməkdaşları  "Karyera inkişafı, CV hazırlanmasının qaydaları, iş müsahibələri, əmək bazarının tələbləri", "Əmək Qanunvericiliyi", "Əmək münasibətlərin rəsmiləşdirilməsi qaydası", "İnsan Resurslarının Müəssisədə Rolu" və  "Performansın İdarəedilməsi" mövzuları üzrə təcrübələrini bölüşüblər. 

Qeyd edək ki, təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar. Proqramın əsas məqsədi insan resurslarının idarəedilməsi üzrə mütəxəssislərin yetişdirilməsi və ASANkadrların əmək bazarında daha rəqabətçil olmalarını təmin etməkdir.

Facebookda biz