Xəbərlər və yeniliklər
PAŞA Sığorta ilə təlim proqramı yekunlaşdı
03.03.18

24 fevral, 2018-ci il tarixində "ASAN kadr" Karyera mərkəzi və PAŞA Sığorta ASC-nin Sığortaçı akademiyası "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramının sonuncu görüşü keçirilib.

Dördüncü görüşdə PAŞA Sığorta ASC –nin Marketinq və Ictimaiyyətlə Əlaqələr departamentinin direktoru Nuranə Teymurova "Marketinqin əsasları" və Keyfiyyət Komandasının rəhbəri Leyla Cəfərli "Biznes etiket" mövzusunda 20 nəfər iştirakçı ilə öz təcrübəsini bölüşüb. 

Bağlanış mərasimində ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev gənclərə fəaliyyətlərində uğurlar arzu edib və Sığortaçı Akademiyası ilə təlimlərin davamlı olmasını arzulayıb. Daha sonra iştirakçıalr sertifikat ilə təltif olunublar.

Qeyd edək ki, "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramı 4 həftə davam edib və 8 mövzunu əhatə edib. Proqramın əsas məqsədi sığorta sahəsi üzrə kadrların yetişdirilməsi və ASANkadrların əmək bazarında daha rəqabətçil olmalarını təmin etməkdir.

Facebookda biz