Xəbərlər və yeniliklər
“Xəyalımdaki gələcək“ seminarı
21.02.18

Pərviz Həsənov 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Qaz-Neft-Mədən" fakültəsindən məzun olduqdan sonra, elə həmin il "Schlumberger" şirkətinin "Completion" şöbəsində karyerasını başlayıb.
 
10 il ərzində ilk öncə 4.5 il "Schlumberger" şirkətində Azərbaycan, Fransa, Liviya, Rusiya, Qazaxıstan ölkələrində çalışmış, ardından "Baker Hughes şirkətində 3.5 il, Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Omanda çalışmışdır.
 
Hazırda son 1 ildir ki, "Weatherford" şirkətində "Quyuların tamamlanması üzrə sahə mütəxəssisi" vəzifəsində çalışır. 
 
Azərbaycanda 2014-cü ildən etibarən vətənə məzuniyyətə gəldiyi günlərdə tələbələrin gələcək hədəflərini müəyyən etməklərində, gələcək karyeralarında uğur qazanmaqlarında  rolu olmuş "Xəyalımdakı Gələcək" seminarının keçirir.
 
Seminara müraciət etmək üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/CKSPps
 
Keçiriləcək yer: Akademik Həsən Əliyev küçəsi, 36-da yerləşən 1 saylı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi
 
Tarix: 26, 27 fevral | saat: 10.00-17.00

 

Facebookda biz