Xəbərlər və yeniliklər
Risklərin idarəolunması
16.02.18

10 fevral, 2018-ci il tarixində "ASAN kadr" Karyera mərkəzi və PAŞA Sığorta ASC-nin Sığortaçı akademiyası "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramının ikinci görüşü keçirilib.

İkinci görüşdə PAŞA Sığorta ASC –nin Risk Meneceri Araz Nəsirov 20 nəfər iştirakçıya "Risklərin idarəolunması" mövzusunda təcrübəsini bölüşüb. 

Qeyd edək ki, "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramı 4 həftə davam edəcək və 8 mövzunu əhatə edəcək. Proqramın sonun iştirakçılar sertifikatla təltif olunacaqlar. Proqramın əsas məqsədi sığorta sahəsi üzrə kadrların yetişdirilməsi və ASANkadrların əmək bazarında daha rəqabətçil olmalarını təmin etməkdir.

 

Facebookda biz