Xəbərlər və yeniliklər
İnsan resurslarının idarəedilməsi
16.02.18

13 fevral 2018-ci il tarixində "ASAN kadr" karyera mərkəzi və Gilan Holdinq "İnsan resurslarının idarəedilməsi” təlim proqramının ilk görüşü keçirilib.

Birinci təlimdə Gilan Holding-in İşə Qəbul üzrə Meneceri Vüsal Muradov və Ceyran xanım "Karyera inkişafı, CV hazırlanmasının qaydaları, iş müsahibələri, əmək bazarının tələbləri" üzrə təcrübələrini bölüşüblər.

Qeyd edək ki, "İnsan resurslarının idarəedilməsi" təlim proqramı 5 görüşdən ibarət olacaq və HR sahəsi üzrə ən önəmli mövzuları əhatə edəcək. Proqramın sonun iştirakçılar sertifikatla təltif olunacaqlar. Proqramın əsas məqsədi insan resurslarının idarəedilməsi üzrə mütəxəssislərin yetişdirilməsi və ASANkadrların əmək bazarında daha rəqabətçil olmalarını təmin etməkdir.

Facebookda biz