Xəbərlər və yeniliklər
Sığorta işinin əsasları və Korporativ idarəetmə
16.02.18

03 fevral, 2018-ci il tarixində "ASAN kadr" Karyera mərkəzi və PAŞA Sığorta ASC-nin Sığortaçı akademiyası "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramına start verib.

İlk görüşdə PAŞA Sığorta ASC –də Təkrarsığorta şöbəsinin rəhbəri Azər Dadaşov 20 nəfər iştirakçıya "Sığorta işinin əsasları" mövzusunda təcrübəsini bölüşüb. Təlimin açılışında Sığortaçı Akademiyası layihəsinin rəhbəri Leyla Cəfərli proqramın sonunda test imtahanının keçiriləcəyini və ən fəal gənclərə hədiyyələrin verilməsini nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, "Sığorta işinin əsasları və Korporativ idarəetmə" təlim proqramı 4 həftə davam edəcək və 8 mövzunu əhatə edəcək. Proqramın sonun iştirakçılar sertifikatla təltif olunacaqlar. Proqramın əsas məqsədi sığorta sahəsi üzrə kadrların yetişdirilməsi və ASANkadrların əmək bazarında daha rəqabətçil olmalarını təmin etməkdir.

 

Facebookda biz