Xəbərlər və yeniliklər
Maliyyə bazarlarında ən son trendlər
09.02.18

"ASAN kadr" karyera mərkəzi və SOCAR Capital "Maliyyə bazarlarında ən son trendlər" mövzusunda proqrama start verir.

Proqramın başlıca məqsədi iştirakçıları Maliyyə sahəsində baş verən ən son hadisələr ilə bağlı məlumatlandırmaq və onların suallarını cavablandırmaqdır. 

Proqramda iştirak etmək üçün göstərilmiş keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/bhChnS

1-ci təlim: 19 fevral/saat: 10.00-13.00

2-ci təlim: 20 fevral/saat: 13.00-15.00

3-cü təlim: 22 fevral/saat: 10.00-13.00

Spikerlərimiz: 

Tolqa Kotan

İstanbul Maliyyə Bazarlarında 20 ildən artıq Aktiv idarəçiliyi, Portfel idarəçiliyi,  Araşdırma və  Korporativ satış sahələrində çalışıb. Professional iş həyatı ərizndə xarici investorların Türkiyəyə yatırım qərarlarında fəal rol oynayıb. Portfel idarəçiliyi vəzifəsində olduğu zaman, 2011-ci ildə “Forbes” jurnalı tərəfindən son beş ili əhatə edən araşdırmada Türkiyənin ən yaxşı iki Portfel idarəçisindən biri olaraq seçilmişdir.  Üst səviyyəli idarəçilik kariyerasında Baş direktor müavinliyi və İcraçı direktor vəzifələrində uzun illər fəaliyyət göstərib.  Eyni zamanda, qlobal investisiya bazarlarında ən hörmətli və tanınan  ünvan olan CFA ünvanına sahibdir. Hal-hazırda SOCAR-ın Kapital bazarları üzrə məsləhətçi vəzifəsində çalışır.

Mövzu: “Qlobal maliyyə bazarları”

 

Elxan Həsənov

Elxan Həsənov maliyyə, audit və satış sahələri üzrə on iki ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis olaraq, “Colgate Palmolive”, “MarshMClennon”, “SOCAR Türkiyə” və “SOCAR Capital” şirkətlərində çalışmışdır. Cənab Həsənov, Biznesin idarəçiliyi üzrə Bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetindən, Maliyyə və Mühasibat üzrə Magistr təhsilini Marmara Universitetindən və Biznes idarəçiliyi üzrə PHD dərəcəsini isə Beykent Universitetindən almışdır. Hal-hazırda Azərbaycanda kapital bazarlarının inkişafına böyük təkan verən “SOCAR Capital” şirkətində İnvestisiya Əməliyyatları Departamentinin direktoru vəzifəsində çalışır.

Mövzu: “Şirkətlərin maliyyə mənbələri və onların idarə olunması.”

 

Turan Talıbova

Turan Talıbova 8 illik təcrübəyə malik, mühasibatlıq, maliyyə və investisiya məsələləri üzrə araşdırma mütəxəssisidir, hansı ki, qeyri-bank kredit təşkilatlarında, “RSM International” və “PWC Azerbaijan” kimi audit və sığorta şirkətlərində, Səhiyyə Nazirliyi və Qlobal Fondun ictimai sağlamlıq maliyyə proqramlarında çalışıb. Xanım Talıbova, maliyyə əsaslı MBA dərəcəsini ADA Universitetində alıb. O, hazırda Azərbaycan maliyyə bazarlarının inkişafına ciddi dəstək olan “SOCAR Capital” MMC-də Araşdırma və İnvestisiya analitiki olaraq fəaliyyət göstərməkdədir.

 Mövzu: “Surətlə inkişaf edən dünyamızda karyera imkanları”

 

Facebookda biz