Xəbərlər və yeniliklər
Gilan Holdinq və ASAN kadr
07.02.18

"ASAN kadr" karyera mərkəzi və Gilan Holdinq "İnsan resurslarının idarəedilməsi” təlim proqramına qeydiyyatı açıq elan edir.

Gilan Holdinqin əməkdaşları ASAN könüllüləri üçün aşağıda göstərilmiş mövzular üzrə təlim keçəcək:

13.02.2018/saat: 10.00-14.00 - Karyera inkişafı, CV hazırlanmasının qaydaları, iş müsahibələri, əmək bazarının tələbləri; Ünvan: ASAN Təlim Mərkəzi, Bakı, A.M.Şərifzadə küç. 157.

20.02.2018/saat: 15.00-17.00 - Əmək Qanunvericiliyi; Ünvan: ASAN Təlim Mərkəzi, Bakı, A.M.Şərifzadə küç. 157.

21.02.2018/saat: 18.00-21.00 - Əmək münasibətlərin rəsmiləşdirilməsi qaydası; Ünvan: Gilan Holding Capital Towers, Blok A, N. Narimanov pr. 206, Bakı, Azərbaycan.

22.02.2018/saat: 10.00-13.00 - İnsan Resurslarının Müəssisədə Rolu; Ünvan: ASAN Təlim Mərkəzi, Bakı, A.M.Şərifzadə küç. 157.

23.02.2018/saat: 10.00-13.00 - Performansın İdarəedilməsi. Ünvan: ASAN Təlim Mərkəzi, Bakı, A.M.Şərifzadə küç. 157.

Müraciət üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/ikN81d

Təlimçilərimiz:

Vüsal Muradov

Karyera inkişafı, CV hazırlanmasının qaydaları, iş müsahibələri, əmək bazarının tələbləri

Vüsal Muradov 2011-ci ildə Qərb Universitetininin Beynəlxalq Jurnalistika üzrə Bakalavr dərəcəsini bitirmişdir. 2012-ci ildə Leeds Universitetitnin İnsan Resurslarının İdarə Olunması fakültəsi üzrə Magistr dərəcəsini bitirmişdir. İnsan Resursları üzrə fəaliyyətini 2013-cü ildə GDG Professionals şirkətində başlamışdır. 2014-cü ildə Gilan Holding-ə işə qəbul olunmuşdur. Hal-hazırda Gilan Holding-də İşə Qəbul üzrə Menecer vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan Universitetində və Dövlət Gömrük Akademiyasında  İnsan Resursları üzrə mühazirələr verir.

Fərid Nəcəfov

Əmək Qanunvericiliyi

Fərid Nəcəfov 2011-ci ildən karyerasına Azersun Holding-da başlamışdır. Daha sonralar Azərinşaatservis, Veysəloğlu Holdingdə çalışmaqla,o,istehsalat, tikinti, pərakəndə sektorlarında ciddi təcrübə qazanmışdır. Hal-hazırda Gilan Holding-də Retail Group Portfelinin İR Meneceri vəzifəsində çalışır. Fərid Nəcəfov son 3 ildə Əmək Qanunvericiliyi üzrə təlimlər verməklə bu sahədə ixtisaslaşıb. O, həmçinin Gilan Holdingin Əmək Qanunverciliyi üzrə daxili təlimçisidir.

Nərgiz Kərimova

Əmək münasibətlərin rəsmiləşdirilməsi qaydası

Nərgiz Kərimova 2012-cil ildən karyerasını BLBS MMC-də başlamışdır. Daha sonra Qaya Real Estate MMC-də çalışıb. 2014-cü ildən Gilan Holdingin Baş Ofisində işləyir, Kadrlar üzrə Mütəxəssis vəzifəsində çalışır. Bu illər ərzində əmək qanunvericiliyi va kadrlar üzrə təcrübə qazanıb və kiçik mütəxəssislərə daxili təlimlər keçməklə bu sahədə ixtisaslaşmışdır. 

Xəqani Səfərov

İnsan Resurslarının Müəssisədə Rolu

Xəqani Səfərov - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakultəsini bitirmişdir. Magistr dərəcəsinə malikdir. Almaniyada intensiv top menecment kursununun məzunudur. “Ulduz” şokolad Fabriki, Araz Supermarketlər Şəbəkəsi, Oba Chain MMC, Spar International şirkətlərində İnsan Resursları Departament Direktoru vəzifəsində çalışıb. Hal-hazırda Gilan Holding-də İnsan Resursları üzrə Koordinator vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri üçün İnsan Resursları fənnini tədris edir. Yerli firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən excel, idarəetmə, şirkət etikası, əməkdaşlarda şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçir. 

Asif Sadıqov

Performansın İdarəedilməsi

Asif Sadıqov – Azərbaycan Dövlət İqtisad Universitetinin Bakalavr dərəcəsini və Qafqaz Universitetinin Magistr dərəcəsini alaraq bitirmişdi. 2017 – ci ildən Gilan Holdinqda İnsan Resursları üzrə Koordinator vəzifəsinə işə qəbul olunmuşdur. İnsan Resurslarının İdarəedilməsi və İnsan Resurları sahəsində Layihələrin İdarəedilməsində 10 ilə qədər təcrübəyə malik olaraq CIPD və SPHRi sertifkatlarına malikdir. Müxtəlif periodlarda MBA proqramlarında Layihələrin İdarəedilməsi, Biznes etika, Strateji İdarəetmə və İnsan Resurslarının İdarəedilməsi mövzularında tədris edib. Həmçinin İnternational Project Management Association tərəfindən təşkil olunan Layihələrin İdarəedilməsi təlimində 3 ay iştirak etmişdir.

Facebookda biz