Xəbərlər və yeniliklər
Sığortaçı Akademiyası 2
29.01.18

"ASAN kadr" karyera mərkəzi və "PAŞA Sığorta" ASC-nin növbəti və artıq ikinci dəfə təşkil etdiyi "Sığorta işinin əsasları və Korporativ İdarəetmə” təliminə qeydiyyatı açıq elan edir.

"PAŞA Sığorta" ASC-nin Sığortaçı Akademiyası ASAN könüllüləri üçün aşağıda göstərilmiş mövzular üzrə təlim keçəcək:

03 fevral 2018 - Sığorta işinin əsasları

10 fevral 2018 - Risklərin idarə olunması və Şığorta İddialarının tənzimlənməsi

17 fevral 2018 - Layihələrin İdarə olunması və İnsan Resurslarının İdarə olunması

24 fevral 2018 – Biznes Etiket və Marketinqin əsasları

Keçirilmə yeri: Akademik Həsən Əliyev küçəsi, 36 yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi

Keçirilmə vaxtı: 12.00-14.00

Müraciət üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/Qb5QMv

Təlimçilərimiz:

Sığorta işinin əsasları

 

Azər Dadaşov

Bakı Dövlət Universitetinin Universitetində Jurnalistika fakultəsini daha sonra isə Azərbaycan universitetində MBA üzrə ntəhsilini davam etdirmişdir. Peşəkar iş həyatına AG Bankda başlamış daha sonra PAŞA Sığorta ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Hal-hazırda PAŞA Sığorta ASC –də Təkrarsığorta şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərir.

Risklərin idarə olunması

 

Araz Nəsirov

Trakya universitetində Maliyyə İdarəetməsi və ADA universitetində İdarəetmə üzrə təhsil almışdır. Peşəkar iş fəaliyyəti Palmali Holdinq, Xəzər Lənkəran FK, Mərkəzi Bank çalışan Araz Nəsirov hal hazırda “PAŞA Sığorta ASC” –də Risk Meneceri vəzifəsində fəaliyyət göstərir. HəmçininTeletrade Forex certificate (Currency trader), 2010 IFRS certificate, ISO 9001:2008, ISO 31010:2009 and Guide 73:2009 Standards sertifikatlarının da sahibidir.

Marketinqin əsasları

 

Nuranə Teymurova

Bakı Dövlət Universitetinin regionşünastlıq fakültəsində həm bakalavr həm magistr dərəcələri üzrə təhsil almışdır, daha sonra Böyük Britaniyanın University of Bristol - da idarəetmə istiqamətində magistr dərəcəsi üzrə təhsilini davam etdirmişdir. Peşəkar iş həyatına 2006-cı ildə Dövlət Neft Fondunda başlamışdı, daha sonra isə 2010-cu ildə Azercell Telecom şirkətində müxtəlif vəzifələrdə çalışaraq karyerasını davam etmişdir, və 2015-ci ildən etibarən PAŞA Sığorta şirkətində Marketinq və Ictimaiyyətlə Əlaqələr departamentinə rəhbərlik edir. Həmçinin Project Management, Train the Trainer, Effective Negotiation skills for Managers, MBTI, Effective Manager, The 7 Habits of Highly Effective People, Finance for non-finance Managers və s. kimi treninq sertifikasiyaların da sahibidir. Hal-hazırda isə Chartered Institute of Marketing (CIM) - da Diploma in Professional Marketing sertifikasiyası üzrə təhsil almaqdadır.

Sığorta İddialarının tənzimlənməsi

 

Fərid Məmmədov 

Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili almışdır. 2009-cu ildən etibarən “PAŞA Sığorta” ASC şirkətində fəliyyət göstərir. Hal-hazırda Sığorta İddiaları və Hüquqi Təminat Departamentində Müştəri Münasibətləri və Hüquqi Təminat üzrə Baş Mütəxəssis vəzifəsində çalışır. Fərid Məmmədov The Chartered İnsurance İnstitute of London tərəfindən təqdim olunan Sığorta üzrə Sertifikata sahibdir (Certificate in İnsurance).

 

Şahin Ocaxquliyev

Azərbaycan Dövlət İqdisad Universitetinin ­məzunudur. Sığorta hadisələrinin tənzimlənməsində yüksək peşəkarlığa sahib olan Şahin O. 2015-ci ildən etibarən “PAŞA Sığorta” ASC –nin Sığorta İddiaları və Hüquqi Təminat Departamenti daxilində Qəza Komissarı vəzifəsində çalışır.

 

Layihələrin İdarə olunması

 

Minarə Cəfərova

Azərbaycan Müəllimlər İnstitutunda bakalavr dərəcəsi üzrə təhsil almışdır. Peşəkar fəalliyyətə 2006-cı ildə başlayaraq, 2008-ci ildən etibarən British American Tobacco şirkətinin İR komandasında fəaliyyətini davam etdirmişdir. Şirkətin həm yerli həm də xarici bazarda yerləşən ofislərində İR üzrə Biznes Tərəfdaşı olaraq çalışmışdır. İnsan Resursları sahəsində olan altı illik təcrübəsi dövründə bir neçə iri miqyaslı layihələrin idarəolunmasındakı uğurlu fəaliyyəti ilə seçilmişdir. 2016-cı ildən etibarən PAŞA Sığortanın Təşkilati Strategiya və Layihələrin idarəolunması departamentinə rəhbərlik edir. İnsan Resursların idarəolunması (HRBP© by HRCI), Layihələrin idarəolunması (Senior Project Manager©), Marketinq (Diploma in MKG) və Strateji İdarəetmə (Diploma in STG MAN) sahələri üzrə ixtisaslaşmışdır. Eyni zamanda, 2004-cü il üzrə “Flex Exchange” Proqramının məzunudur

İnsan Resurslarının İdarə olunması

 

Aynur Həziyeva

Azərbaycan Dillər Universitetinin ingilis-fransız dili fakültəsində təhsil almış, daha sonra Alabama State University-də HR management istiqamətində təkmilləşdirmə keçmiş hal-hazırda CİPD (Chartered University of Personal Development ) sertifikasiyası üzrə təhsil almaqdadır. Həmçinin bir sıra İR üzrə təlimlərdə və konfranslarda iştirak etmişdir. Peşəkar iş fəaliyyəti SOS İnternational, Baku Steel Construction, ADA Universiteti, Alabama State University (ABŞ) İR üzrə , UNİCEF-də uşaq haqqları və sağlam həyat tərzi eləcə də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin UNİCEF ilə birgə layihələrində iş təcrübəsi, İnternational Officer School (Montgomery, Alabama, USA) isə xarici ailələrə ingilis dilinin metodikası üzrə iş təcrübəsinə malikdir. Hal-hazırda PAŞA Sığortanın İR departamentində İR üzrə mütəxəssis vəzifəsində çalışmaqdadır.

Biznes Etiket/ Təqdimat bacarıqları

 

 

Leyla Cəfərli

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakultəsi üzrə təhsil almışdır. Edinburq və Cenevrə Universitetlərinin müxtəlif mövzulu sertifikatlarına yiyələnmişdir və İSO 9001:2015 QMS Lead Auditor sertifikatifikasiyasını keçmişdir. Həmçinin Project Management, Train the Trainer, Presentation Skills, International Organizations Management və s. kimi treninq sertifikasiyalarının sahibidir. Peşəkar fəaliyyətinə 2009-cu ildə Azercell MMC şirkətində başlamış, daha sonra isə 2016-cı ildən etibarən “PAŞA Sığorta” ASC şirkətində peşəkar fəaliyyətinə davam edir. Hal-hazırda Keyfiyyət və Müştəri Məmnuniyyəti departamenti üzrə koordinator vəzifəsində fəaliyyət göstərməklə yanaşı Keyfiyyət Komandasına rəhbərlik edir

 

Facebookda biz