Xəbərlər və yeniliklər
2018-ci ilin ilk təlim proqramı
17.01.18

“ASAN kadr" karyera mərkəzi sizə karyera həyatında uğur qazanmaq üçün təlim proqramını təqdim edir.

Proqramın spikeri "Atəşgah" SŞ-də HR koordinator, eyni zamanda “Business Management School”-da HR üzrə təlimçi kimi çalışan Şamo Mürşüdov olacaq.

Təhsili:

  • Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi
  • Capella University (ABŞ) – HR menecment
  • İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (Assoc CIPD-İngiltərə)
  • Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-İngiltərə)

Sizdə iş həyatınızda yeni biliklərə nail olmaq istəyirsinizsə bu təlimi qaçırmayın.

Müraciət etmək üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/tkrUhr

Təlimin keçirilmə yeri: Akademik Həsən Əliyev küçəsi, 36-da yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi.

Proqram

22-26 yanvar, saat: 18.30-19.30  kimi.

  • Psixotip və davranışların təyin edilməsi
  • DİSC modulu
  • Karyera planlaşdırılması
  • Müxtəlif yaş dövründə inkişaf mərhələsi
  • Kadr rəqabəti
  • İş elanının və şirkətlərin təhlili
  • CV formasının hazırlanması
  • Vakansiyaya müraciət
  • Müsahibəyə hazırlıq
  • Müsahibəyə qədər davranışlar
  • Müsahibə növləri
  • Müsahibənin strukturu
  • Daxili və xarici seçim
  • Müsahibə zamanı davranışlar
  • Namizəd tipajları
  • Müsahibə suallarının təhlili
  • İşə qəbul üzrə mütəxəssisin “Fakt və Fərziyə”-si
  • Korporativ mədəniyyət

 

Qeyd: Təlimlərə davamiyyəti nəzərə alaraq iştirakçılar sertifikat ilə təltif olunacaqlar.

Facebookda biz