Xəbərlər və yeniliklər
Karyera planlama proqramı
28.10.17

26 oktyabr tarixində "ASAN kadr" karyera mərkəzi tərəfindən həyata keçirilən "Karyera planlama" təlim proqramı yekunlaşıb.

Proqramın spikeri "Atəşgah" SŞ-də HR koordinator, eyni zamanda “Business Management School”-da HR üzrə təlimçi kimi çalışan Şamo Mürşüdov olub.

Şamo Mürşüdov 4 gün davam edən görüşlərdə 25 nəfər iştirakçı ilə psixotip və davranışların təyin edilməsi, karyera planlaşdırılması, kadr rəqabəti, iş elanının və şirkətlərin təhlili, CV formasının hazırlanması, müsahibəyə hazırlıq, onun növləri, strukturu, işə qəbul üzrə mütəxəssisin “Fakt və Fərziyə”-si Korporativ mədəniyyət kimi mövzülar haqqında öz təcrübəsini bölüşüb. Proqramın sonunda iştirakçılar sertifikat ilə təltif olunublar.

Qeyd edək ki, "Karyera planlama" təlimi 4 gün davam edib və əsas məqsədi gınclərin işə qəbul qəbul prosesində yaşadığı problemləri aşkar etmək və onlara bu yolda dəstək olmaqdır.

 

Facebookda biz