Xəbərlər və yeniliklər
Yeni proqram
17.10.17

Biz  hələ kiçik yaşlarımızdan xəyalımızda özümüzü müəyyən bir sənət sahibi kimi təsəvvür edirik: bəzilərimiz müəllim, bəzilərimiz həkim, bəzilərimiz kosmonavt və s. Daha sonra ali məktəbə daxil oluruq və qarşımıza müəyyən məqsəd və hədəflər qoyuruq. Özümüzə tez-tez belə suallar veririk: “Karyera həyatıma necə başlaya bilərəm və ya bu yolda necə uğur qazana bilərəm?!” Əslində karyera sahibi olmaq üçün əsas məsələ sadəcə qarşıya məqsəd və hədəflər qoymaq, nələri isə arzulamaqdan ibarət deyildir. Bu yola ilk addımı atmaq və hərəkətə keçmək lazımdır. ”Hərəkət “ uğurlu karyeraya başlamağın birinci və vacib şərtidir. Burada öz gücünü göstərmək və sağlam mübarizə aparmaq lazımdır. Bu marafonda hər hansı bir maneə ilə rastlaşdıqda motivasiyanı itirmədən yola davam etmək lazımdır.

"ASAN kadr" karyera mərkəzi sizə karyera həyatında uğur qazanmaq üçün təlim proqramını təqdim edir.

Proqramın spikeri "Atəşgah" SŞ-də HR koordinator, eyni zamanda “Business Management School”-da HR üzrə təlimçi kimi çalışan Şamo Mürşüdov olacaq. 
 
Təhsili:
•  Kommersiya Menecment Universiteti (İngiltərə) – Biznes sektorunda insan resurslarının idarə edilməsi
•  Capella University (ABŞ) – HR menecment
•  İnsan resursları və onların inkişafı üzrə ixtisaslaşdırılmış institutun üzvü (Assoc CIPD-İngiltərə)
•  Rekrutinq mütəxəssislərinin akkreditasiyası üzrə ixtisaslaşdırılmış institutun üzvü (AIRP-İngiltərə)
 
Müraciət etmək üçün keçiddən istifadə edə bilərsiniz: https://goo.gl/2cGRCF
 
Təlimin keçirilmə yeri: Akademik Həsən Əliyev küçəsi, 36-da yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 4-cü mərtəbəsi.

Proqram:  

23 oktyabr, saat:14.00-16.00

  • Psixotip və davranışların təyin edilməsi
  • DİSC modulu
  • Karyera planlaşdırılması
  • Müxtəlif yaş dövründə inkişaf mərhələsi
  • Kadr rəqabəti

24 oktyabr, saat:14.00-16.00

  • İş elanının və şirkətlərin təhlili
  • CV formasının hazırlanması
  • Vakansiyaya müraciət
  • Müsahibəyə hazırlıq

25 oktyabr, saat:14.00-16.00

  • Müsahibəyə qədər davranışlar
  • Müsahibə növləri
  • Müsahibənin strukturu
  • Daxili və xarici seçim
  • Müsahibə zamanı davranışlar
  • Namizəd tipajları

26 oktyabr, saat:16.00-18.00

  • Müsahibə suallarının təhlili
  • İşə qəbul üzrə mütəxəssisin “Fakt və Fərziyə”-si
  • Korporativ mədəniyyət

Facebookda biz