Xəbərlər və yeniliklər
#SMM2017 Business Breakfast layihəsinin bağlanış mərasimi
17.10.17

7 oktyabr 2017-ci il tarixində #SMM2017 Business Breakfast layihəsinin bağlanış mərasimi keçirilib.
 
#SMM2017 Business breakfast layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən Azər-Türk Bank ASC, Qafqaz Baku Sport Hotel, Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi, MyBrands və SMM Maker kimi tərəfdaşların dəstəyi ilə artıq 2 ildir ki, həyata keçirilir.
 
Layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir. #SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqramı təqdim edib və 15 spiker, 60 iştirakçını özündə cəmləşdirib.
 
Qeyd etmək lazımdır ki, layihə yalnız spikerlərlə görüş deyil, həmçinin işəgötürənlərlə işgüzar naharı, təcrübə və bağlanış mərasimində komandaların təqdimatını nəzərdə tutur. Bağlanış mərasimində iştirakçılar sertifikat və tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılıblar.
 
 

Facebookda biz